SİMA-ya yeni funksionallıq əlavə edildi
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC-nin yaratdığı SİMA mobil tətbiqinə yeni nəsil rəqəmsal imza ilə imzalanmış sənədlərin yoxlanması funksiyası əlavə edilib.
Adalet.az xəbər verir ki, yeni funksiya vətəndaşlara SİMA mobil tətbiqi vasitəsilə sənədin imza müəllifləri, imzalanma tarixi və məzmununda hər hansı təhrif barədə məlumat əldə etmək imkanı yaradır.
Vurğulayaq ki, hazırda 12-si dövlət qurumu olmaqla, 60-dan çox müəssisə SİMA yeni nəsil rəqəmsal imzanın xidmətlərindən yararlanmaq məqsədilə inteqrasiya həyata keçirir.
İndiyədək isə maliyyə sahəsində fəaliyyət göstərən “PAŞA Bank”, “Turanbank”, “Yelo Bank”, “Azkredit” BOKT, “Kredit Evi” QSC öz xidmətlərinin daha əlçatan olması və müştərilər tərəfindən çevik əldə edilməsi üçün inteqrasiyanı yekunlaşdırıb. Bundan əlavə, SİMA ilə FİNDOC platformasına (www.findoc.az) daxil olan vətəndaşlar özlərinin kredit skorları, tarixçələri və hesabatı əldə edə bilərlər.
Həmçinin sığorta şirkətləri olan “PAŞA Həyat”, “Bakı Sığorta”, “Qala Sığorta” və “Qala Həyat”ın məhsullarından SİMA vasitəsilə faydalanmaq olar.
Eyni zamanda, vətəndaşlar SİMA ilə “ASAN Login”ə daxil olmaqla 80 portal və sistemə vahid məkandan giriş-çıxış imkanı əldə ediblər. “Azərişıq” ASC-nin “Əhali abonentinin enerji təchizatı şəbəkəsinə qoşulması” xidmətinə müraciət edərkən sənədləri SİMA ilə daha rahat imzalaya bilərlər.
SİMA rəqəmsal imza ilə bağlı daha ətraflı məlumatı rəqəmsal imzanın rəsmi saytından və “157” Çağrı Mərkəzi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz.
Digər Xəbərlər
17 Sentyabr 2026 07:59
“ChatGPT”yə oğlunu öldürmək istədiyini yazdı - Həbs edildi
15 Sentyabr 2026 10:55
“Bakcell”dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
15 Sentyabr 2026 10:21
Süni intellekt həqiqətən bu qədər təhlükəli gücə çatıb?
14 Sentyabr 2026 09:17
Süni intellekt şirkətlərindən etiraf: Nəzarəti itiririk
09 Sentyabr 2026 06:39
“WhatsApp” bu telefonlarda artıq işləməyəcək
08 Sentyabr 2026 11:25
“Bakcell” “Peerstack Academy” tələbələri üçün hakaton keçirdi - FOTOLAR
08 Sentyabr 2026 07:02
Süni intellekt bu peşəni sərt şəkildə vurdu: 40 min gənc bir gecədə işsiz qaldı
04 Sentyabr 2026 11:12


Bakı -°C

