adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
03 Aprel 2018 17:53
49263
LAYİHƏ

Silkələnən məktəb, səs-küy salan şagirdlər... – DƏRS OTAĞI

"Dərs otağı” adlı layihəsayəsində müəllimlərimizin həyat hekayətləri, müəllimlik fəaliyyətləri, şagirdlərləmünasibətlər, yaşadıqları çətinliklər haqqında öyrənə biləcəksiniz. Biziyetişdirən və cəmiyyətə qazandıran müəllimlərin həyatına işıq tutan layihədə"uşaqların şəhəri"nə də bərabər səyahət edəcəyik. Layihənin bu dəfəki qonağı Zaqatalarayonu Üçüncü Tala kəndtam orta məktəbinin müəllimi Ehtiram Safquliyevdir.


Qısatanışlıq

1993-cü il noyabr ayının 3-dəZaqatala rayonu Muğanlı kəndindəanadan olmuşam. 2001-ci ildəMuğanlı kənd tam orta məktəbinə daxilolmuşam. 2011-ci ildə 11illik orta təhsilimi başa vurdum. Elə həminil TQDK-ın (keçmiş) indiki (Dövlət İmtahan Mərkəzi)ali məktəblərə keçirdiyi qəbulimtahanında 508 baltoplayaraq Bakı DövlətUniversitetinin Coğrafiya FakültəsininCoğrafiya Müəllimliyi ixtisasınaqəbul olmuşam. 2015-ci ildə Universiteti bitirdim vəelə həmin ilin iyulayında hərbi xidmətəyollandım. 2016-cı ildə hərbixidmətimi başa vuraraqgeri qayıtmışam. 2017-ci ilinavqust ayında Azərbaycan Respublikası Təhsil Nazirliyinin keçirdiyi MİQ imtahanından 52 baltoplayaraq Zaqatala rayonu ÜçüncüTala kənd tam orta məktəbində müəllimişləmək hüququ qazanmışam. Və artıq təxminən səkkizaydır ki, bu məktəbin Coğrafiyamüəllimiyəm.


Fleqmatikinsan

Ailəmiz dördnəfərdən ibarətdir. Atam, anam və özümdən ikiyaş kiçik qardaşımvar. Atam fərdi fermerdir. Anamisə evdar xanımdır. Qardaşımın isə hələkidaimi işi yoxdur. O daailəmizə kömək olmağaçalışır. Xaraktercə fleqmatik tipə aidəm. Bu tipə aid olan insanlar kimi mən də sakit və təmkinliyəm. Fleqmatik xarakterə malikinsanları həyəcanlandırmaq və yaxud hirsləndirmək elə də asan məsələ deyil.Bizdigərinsanlara bir qədər gec alışırıq amma vaxt keçdikcəalışdığımız insanlara qarşı diqqətli və mehriban oluruq. Bir sözlə, gecuyğunlaşırıq, gec də unuduruq. Xarakteriminbelə olduğunu tamaydınlığı ilə universitetzamanı öyrənmişdim. Mənə çoxmaraqlı gəlmişdi. Sonra dəfələrlə müxtəlifpsixoloji testlərdə özümüsınamışdım yenə də eyni xarakterə malikolduğumu görmüşdüm.


Müəllimliyə aparan yol...

Müəllimlik peşəsinə maraqailəmdənqaynaqlanmayıb desəm dahadoğru olar. Ailəmdən heç kim müəllimolmayıb. Onlar fərqli sahənin insanları olublar. Amma müəllimolmağımı ilk olaraq ailəm və yaxınlarım istəmişdi, məni bu istiqamətəyönəltməyə çalışmışdılar. İxtisasseçimi ərəfəsində də dəyərli məsləhətlərini verdilər. Məndə onlarla razılaşmışdım. O zamanlar mənim hələ müəllimolmağa həvəsim çox deyildi. Müəllim olacağımıfikirləşmirdim. Bu işdə uğurlu və yauğursuz olacağımı bilmirdim. İkinci-üçüncü kurslardaoxuyanda isə məndəmüəllim işləmək üçün həvəs yarandıvə bu həvəs getdikcə böyüdü. Buişdə universitet müəllimlərimin,qrup yoldaşlarımın və o zamanlarətrafımda olan insanlarınrolu böyük olub. Eləmən özümün dəiçində bir səsvardı ki, "mən müəllimola bilərəm”..!


Doğma məktəb

Müəllimliyəilkolaraq məhz indi çalışdığımZaqatala rayonunda başladım. İlk əvvəlBakı və ona yaxın ərziləri fikirləşmişdim. Amma sonra fikirimi dəyişdim vədoğma rayonumu seçdim. Mən öz rayonumabağlı bir insanam. Öyrəndiklərimi məhzburada tətbiq etməkmənim arzum olub. Şükürlər olsunbuna nail oldum. Həm dədüşünürdüm ki, rayonumuzda təhsilininkişafına töhfə verəbilərəm. Bu duyğu və düşüncə ilə gəlib buralaraçatdım. Buna görə həqiqətənçox sevinirəm.

Əvvəldədə dediyim kimi artıq fəaliyyətə başladığım ilk gündən səkkizay keçib və bura mənimilk iş yerimdir. Yaxın gələcəkdəburanı başqa yerə dəyişməyi fikirləşmirəm. Uğurlu vədavamlı olacağına, yaxşı bir müəllimolub gələcəyimiz üçün töhfələrverəcəyimə inanıram.


Odun peçində dərs

Ümumən Azərbaycandakənd məktəbləri iləbağlı tez-tez gözəl xəbərlər alırıq. Yeni məktəblərin tikilməsi, əsaslı təmir olunması, avadanlıqlar verilməsikimi xəbərləri hamımızeşidirik. Bu sevindirici haldır. Ammahələ də problemlər qalmaqda davamedir. Çox istəyərdim ki, ölkəmizdəməktəblə bağlı olan buişlər tez bir zamanda həllinitapmış olsun. Ölkəmizin bunu edəcək potensialı var.

Bizim məktəbimizinisə şəraiti qənaətbəxşdir. Koridor vəsinif otaqları, idman zalı, həyətyanı sahəsi normalvəziyyətdədir. Düzdür binası köhnədi. Burada işləyən müəllim yoldaşlarımdan öyrəndim ki, məktəbinbinası 1965-ci ildətikilib. Amma ondansonra bir neçə dəfə təmir olunub. Buil yenidən təmir olunacağı gözlənilir.


Kəndin qaz xəttiolmadığına və məktəbimizin də ümumiisitmə sistemi olmadığınagörə qış aylarındaistiliklə bağlı çətinlikləqarşılaşırıq. Odun peçlərindən istifadəedirik. Tədris vəsaitləri ilə tamtəminolunmuşuq. Bu sahədə heç bir çətinliyimiz, sıxıntımız yoxdur. Yaxıngələcəkdə məktəbimizdə sürətli internet şəbəkəsinin, həmçinin ağıllılövhələrin də olacağına inanırıq.


Heç birşagirdimi...

Düşünürəmki, şagirdlərim məni birdost, bir yoldaşolaraq görürlər. Çünki çəkinmədənyaxınlaşıb özlərinə maraqlıolan mövzuda soruşurlar, sərbəst şəkildəfikirlərini bildirirlər. Bəli artıqmənə öyrəşiblər. Mənim tərzim, onlara yanaşmaüsulum necədir bilirlər. Dərslərimə dəçalışırlar ki, daim hazırlıqlıgəlsinlər. Bu mənisevindirir həqiqətən.

Bir dəfə aşağı sinif şagirdlərimdən bir neçəsi direktorunyanına gedərək xahiş etmişdilər ki, Ehtiram müəllim 11-cisinifə kimi bizim müəllimimiz olsun, başqası keçməsincoğrafiya dərslərini. Direktor da öz növbəsindəonların xahişini yerinə yetirəcəyini demişdi.

İndiyə qədərheç bir şagirdimi döyməmişəm. İndidən sonrada belə birhalın olacağına inanmıram. Düzdü əsəbləşdiyimanlar olub, onda da çalışmışamki, şagirdlər əsəbləşdiyimi hiss etməsinlər.Hamımızın bildiyi kimi, şagirdi döymək onun şəxsiyyətinəxələr gətirmək deməkdir vəmüasir təlimin tələblərinəziddir.


Məktəbdə zəlzələ

Bildiyinizkimi, mən öz yaşadığım kənddə deyil,qonşu kəndimizdə müəllimkimi çalışıram. Orada kirayə qalmıram. Hərdəfə dərsə gedib qayıdıram. Bir dəfə elə oldu ki, dərsə gecikirdim. Həmin günümaşuruta gecikmişdim. Yolda ötən maşınlardan birinə əl edib saxlatdım və beləcə yoluma davam etdim. Məktəbə çatankimi tez gedib ani olaraq sinifəgirdim. Hər kəs qəribə haldamənə tərəf baxdı. İçəri zəng yenicəolubmuş. Birdə gördüm ki, sinifdəbaşqa müəllim var. Ondaanladım ki tələsdiyim üçün yalnışsinifə girmişəm. Sonradan vəziyyətidüzəltdik.


Bir dəfədə sinifə gəldim. Gördüm ki, odunpeçi sönüb. Səbəbini soruşdum. Uşaqlardedi ki, müəllim, tüstü çıxan turbanın əksiistiqamətində güclü külək əsdiyinə görə peç sönüb. Nəysə dərsimizəbaşladıq. Bir qədərkeçdikdən sonra gördüm ki, tüstü sinifotağına dolmağa başladı. Şagirdlərə dedimki, heç bir problem yoxdur. Dərsimizə davamedirik. Bir qədər də vaxt keçdi, tüstü çoxalmağabaşladı. Bu dəfə şagirdlər dərsiyarımçıq saxlamağı və sinifi tərk etməyitəklif etdilər. Mən isə razılaşmadım. İndilərdə ötübkeçəcək dedim. Həmçinin pəncərə vəqapını açdıq. Bir qədər də keçdi, dərsin sonuna az qalırdı. Gördümki, heç bir xeyri yoxdur, tüstü dahada çoxalırdı. Hiss etdim ki, şagirdlərinhəmçinin öz gözlərim yaşarmağabaşlayır. Baxdım ki, dahadavam etmək mümkün deyil hamımızçıxdıq sinifdən.

Dərsə başladığımilk aylar idi. Oktyabrayı idi. 11-ci sinifdəidim. Səhv etmirəmsə 7-cisaat idi. Dərs başlayandanbir müddət keçmişdi ki,birdən zəlzələ oldu. Binahiss olunacaq dərəcədə silkələndi. Şiferlər qısamüddətə şaqqıldadı. Birinci təkanbir neçə saniyə çəkdi. Sonragördüm ki, hər kəs həyətəaxışır. Öz növbəmdə uşaqları tezçıxartdım sinifdən. Hamımız həyətə düşdük. Yenidən təkanlarınolması ehtimalını nəzərəalıb həmin gün dərsidavam etdirmədik.


Utancverici haldır

Son illərbəzi müəllimlərin öz adına, müəllimlik adınauyğun olmayan, ləkə gətirən hərəkətləretdiyinin şahidi oluruq. Buçox üzücü, utancverici bir haldır. Bumüəllimin nüfuzuna, cəmiyyətdəmövqeyinə zərbə vurur. Burda əsasvəzifənin elə müəllimin üzərinədüşdüyünü deyərdim. Fikirləşsək ki, birnöv elə cəmiyyətiformalaşdıran da müəllimdir, bir çox şeylər onun əlinin altındankeçir o zaman bunu dahaaydın dərk edərik

Müəllimliyin müqəddəspeşə olduğunu qəbuledirəm. Biz hər şeyimüəllimlərimizdən öyrənirik.Alimi də, naziri də, prezidenti də, mühəndisi də, həkimi də yetişdirən odur.Biz burada müəllim sözünü dar mənada anlamalı deyilik. Müəllim dedikdə yalnız məktəb müəllimləri yadımızadüşməli deyil. Valideynlərimiz də bizimmüəllimimizdir. Bir mənada uşaqlıqdan bəri bizi tərbiyə edən insanlar da bizimmüəllimimizdir. Onlardan da nələri isəöyrənmişik.

Dərsdənsonra repetitorluqla məşğul olmuram. Bu il ilkilim olduğu üçün kifayətqədər təcrübəmin olmadığınıdüşünürəm. Amma gələcək planlarımda bu var. Müəyyən qədərtəcrübə yığdıqdan sonrarepetitorluq edə bilərəm yəqin.


20 fərqli şagird

Ola bilərbu işin sirlərinəbələd olmayan vəlaqeyd yanaşan insanlara müəllimlik asan işkimi gələ bilər. Amma sizlərə deyim ki,bu işin asan tərəfiyoxdur. Bu dünyada ən çətin işlərdənbiri insanla işləməkdir. Müəllim də uşaqlarlaişləyir. Ən böyük problem isə məhzbu anda meydanagəlir. Təsəvvür edin ki,sinifinizdə 20 şagird var vəhərəsi bir xasiyyətdə. Bu vəziyyətdə isə müəllim bütünqüvvəsini səfərbər edib onlarüçün ümumi birdil tapmalıdır. Müəllimtəkcə onların təhsili ilədeyil, tərbiyəsi ilə, həyatahazırlığı ilə məşğul olur. Müəllim birnümunədir digər insanlarıngözündə . Ona görə də təlimprosesində səhvə yol verməməlidir.Əgər səhv edərsə buşagirdin psixikasında sarsılmaziz qoya bilər.


Son

İxtisasım coğrafiyaolduğuna görə, həmçinin proqramdanəzərdə tutulmadığına görədərslərimizdə şeirlərə yerayırmırıq. Amma bir dəfədərsdən kənar əlavə tədbirimizolmuşdu. 9 noyabr günüidi. Şagirdlərimdən bəzilərinə bayrağımıza aid şeir oxutdurub əzbərlətmişdim. Bəzi hissələrinionlarla birlikdə oxumuşdum. Maraqlı alınmışdı.

Şagirdlərim arasındafərq qoymuram. Hər biridoğmadır əzizdir mənim üçün. Hərəsi birxüsusiyyətinə görə fərqlənir, seçilir. Bəziləri dərslərini çoxyaxşı oxuyurlar, bəziləri tədbirlərdəaktiv iştirak edirlər, bəziləri isə xüsusi qabiliyyətləri iləseçilirlər. Yəni onlardan hər hansıbirini fərqləndirmək istəməzdim. Hər birinin özyeri vardır.