Şirniyyat da siqaret qədər zərərli imiş
Hollandiyalı araşdırmaçılar hesab edir ki, şirniyyat da siqaret qədər ziyanlıdır.
Adalet.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Amsterdam Səhiyyə Xidmətinin rəhbəri Paul Van der Velpen düşünür ki, şirniyyatlar və şəkərli qidalar asılılıq yaradan təhlükəli maddələrdir: "Şirniyyat sevənlər onun təhlükəsindən xəbərdar olmalıdır. Çünki şirniyyat siqaret və alkoqollu içkilər kimi asılılıq yaradır və onu əldə etmək çox asandır. Çoxlarının düşündüyü kimi şirniyyatı tərgitmək asan deyil”.
Bir çox ölkənin piylənmə ilə mübarizə apardığını vurğulayan Velpen deyib ki, şirniyyatların da üzərinə tütün məmulatlarında olduğu kimi "sağlamqlıq üçün zərərlidir” sözləri yazılmalıdır.
Digər Xəbərlər
02 May 2024 10:15
Azərbaycanda yeni peyvənd vurulacaq
01 May 2024 12:18COVID peyvəndi qan laxtalanmasına səbəb ola bilər
30 Aprel 2024 15:59Azərbaycanda COVID-19-a yoluxma ilə bağlı RƏSMİ AÇIQLAMA
27 Aprel 2024 17:15Həftəsonu yuxusu depressiyanı azaldır
27 Aprel 2024 09:19