adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
23 Aprel 2017 12:31
2800
HADİSƏ

Şəmkirdə iki qadın kimyəvi maddədən zəhərlənib

Şəmkirdə zəhərlənmə olub.

Adalet.az APA-ya istinadən xəbər verir ki, rayon sakini 2000-ci il təvəllüdlü Gülşən Poladova və Bayramlı kənd sakini 1994-cü il təvəllüdlü Şahnaz Babayeva zəhərlənmə əlaməti ilə rayon Mərkəzi Xəstəxanaya yerləşdiriliblər.

Onlara tibbi yardım göstərilib. Vəziyyətlərinin orta ağır olduğu bildirilir. Məlumata görə hər iki şəxs özlərinə məxsus istixanada xəstəlik və zərərvericilərə qarşı mübarizə apararkən istifadə olunan fosfor tərkibli kimyəvi məhluldan zəhərləniblər.