adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
27 Aprel 2015 14:22
4464
MARAQLI

Şahzadəyə imtina edən aktrisanın nağılı...

Adətən, bütün qızlar şahzadəarzulayarlar. Hətta ona çatmaq üçün yüzlərlə qurbağaya da göz yummalı olurlar.Kimi istəyinə çatır, kimisə yox – hər halda bu başqa nağıldır. Bu günün maraqlınağılı isə şahzadəyə imtina etməyi bacaran prinsipli qız barədədir. Belə ki,amerikalı gözəl aktrisa Cennifer Lourens şahzadənin cazibəsi və sərvəti qarşısında əriməyib. Özü də hansısa "ağ atlı şahzadə" yox, ağ limuzinli, ağ yaxtalı, ağ təyyarəli real şahzadə - Böyük Britaniya krallığının vəliəhdişahzadə Harrinin təklifini rədd edib. Son vaxtlarda nüfuzlu "Oskar” mükafatıalmaqla daha da populyarlaşan Lourens əkc cinsin diqqət mərkəzindən düşmür. Hələəks cins sırasına şahzadə başçılıq edincə, nağıl daha kəskin süjet alır. Elə "Oskar”ıntəqdimetmə mərasimində aktrisanı "qaralayan” şahzadə bu günlərdə onu Kensintonqsarayında romantik şam yeməyinə dəvət edib. Amma gözəlaktrisa bu təklifə rədd cavabı verib.

Şərhçilər(və ya dedi-qoduçular) bunu belə dəyərləndirirlər ki, qız ya "məzənnə”sini bir azda artırır, ya da sevgilisinə sadiqdir. Yeri gəlmişkən o, özü kimi məşhuraktrisa olan Qvinet Peltrounun əri, "Coldplay” qrupunun solisti Kris Martinləgörüşür. Hətta kişini həyat yoldaşından ayırmağı da bacarıb. Bir həftədir ki,Kris Peltroudan boşanıb.

Beləcə,göydən üç seçim düşür: biri şahzadə ilə müvəqqəti flirt, biri kralsayağı piar,digəri isə xoşbəxt evlilik...