Şagirdlərdən pul yığılması xəbərinə rəsmi reaksiya
Bakı şəhəri, Suraxanı rayonunda yerləşən 141 nömrəli tam orta məktəbdə istilik sistemində yaranan problemin həll edilməsi üçün şagirdlərdən pul yığılması ilə bağlı məlumatlara aydınlıq gətirilib.
Bakı Şəhər Təhsil İdarəsindən bildirilib ki, sözügedən məktəbdə istilik sistemində olan problem qazanxanada yaranmış nasazlıqdan meydana gəlib.
"Yaranmış problemin həlli ilə bağlı müvafiq müraciət olunub. Bir neçə valideyn istilik sisteminin zəif olmasından narahatlıq ifadə etsə də, qısa zamanda istiliyin bərpa olunacağı onlara bildirilib. Məktəbdə istilik probleminin həlli ilə əlaqədar şagirdlərdən heç bir vəsait tələb olunmayıb”-deyə məlumatda bildirilib.(azvision.az)
Digər Xəbərlər
18 May 2024 16:06
"150 bal toplayan şəxs ali məktəbə qəbul ola bilər" - Məleykə Abbaszadə
17 May 2024 17:58Qarabağ Universitetində əcnəbi tələbələr təhsil alacaqlar? - AÇIQLAMA
17 May 2024 17:18İmtahan nəticələri açıqlandı - 16 nəfər maksimum bal topladı
17 May 2024 17:06MİQ üzrə qeydiyyatdan keçən müəllimlərin sayı açıqlandı
17 May 2024 15:50