02 Sentyabr 2025 10:08
169
GÜNDƏM

Səyyar ASAN xidmətin regionlarda fəaliyyəti davam edir

1-26 sentyabr tarixində Qazaxda, Şirvanda, Zaqatalada, Xaçmazda, Cəlilabadda və Ağdaşda, 1-15 sentyabr tarixində Xızıda, 18-26 sentyabr tarixində Xırdalanda, 1-18 sentyabr tarixində Horadizdə, 22-26 sentyabr tarixində isə Cəbrayılda ASAN xidmət tərəfindən vətəndaşlara səyyar xidmət göstəriləcək.

Adalet.az xəbər verir ki, bu barədə qurumdan məlumat verilib.

Bildirilib ki, səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.

Məlumatda qeyd olunub ki, səyyar ASAN xidmət avtobusları həftə içi 5 gün saat 10:00-dan 17:00-dək fəaliyyət göstərir. Saat 13:00-14:00 arası isə nahar fasiləsidir.

Həmçinin əlavə edilib ki, Füzuli rayonunun Horadiz şəhərində, Cəbrayıl və Xızı rayonlarında fəaliyyət göstərən Səyyar ASAN xidmət avtobuslarında isə iş qrafiki saat 11:00-dan 17:00-a qədər nəzərdə tutulub.

"Vətəndaşlar səyyar xidmətlər barədə ətraflı məlumat əldə etmək üçün 108 daxili nömrə 3 yığaraq Çağrı mərkəzinə müraciət edə bilərlər",- ASAN-dan bildirilib.