İlham Əliyev Çin tarixindəki ən böyük hərbi paradda iştirak edəcək

Çin Prezidenti Si Cinpin sentyabrın 3-də Pekində İkinci Dünya Müharibəsinin başa çatmasının 80-ci ildönümü münasibətilə ölkənin tarixində ən böyük hərbi parad keçirəcək.
Adalet.az xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də daxil olmaqla 20-dən çox lider iştirak edəcək.
Qərb liderləri arasında yalnız Slovakiyanın baş naziri Robert Fitso və Serbiya prezidenti Aleksandr Vuçiç Pekində olacaq.
Hakimiyyət ictimai asayişi qorumaq üçün on minlərlə könüllü və partiya üzvlərini səfərbər edib.
Tayvan rəsmilərinin hesablamalarına görə, Çin paradın təşkilinə təxminən 5 milyard dollar xərcləyib ki, bu da ölkənin bütün müdafiə büdcəsinin təxminən 2 faizini təşkil edir.
Digər Xəbərlər

Türk Dünyası Sığorta Birliyinin ilk Assambleyası bu il Şuşada keçiriləcək

Laçın aeroportunda dövlət sərhədindən buraxılış məntəqəsi yaradılacaq

Azərbaycana daimi yaşamaq üçün gələnlərin sayı açıqlandı

BQXK sabah Azərbaycandakı Nümayəndəliyini bağlayır - RƏSMİ

Çıxışı qadağan edilmiş 590 nəfərin Azərbaycanı tərk etməsinin qarşısı alınıb

"Limanlara gəmilərin qəbulu çətinləşir" - Muxtar Babayev

İlham Əliyevin Çində hotel əməkdaşları ilə səmimi görüntüləri - VİDEO
