adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
12 Aprel 2019 15:15
14617
ƏDƏBİYYAT

SEYRAN SƏXAVƏT MƏNİM 73 YAŞLI BALAMDI...

(Gündəliyimdən səhifələr)

25 noyabr 2016-cı il, cümə

...İllərdir, bu gündəliyiyazıram. Ancaq heç vaxt indiki kimi olmamışam. Bu an yaşadığım hissləri adi sözlərə çeviribizah eləmək olmur. Bilmirəm, bu göz yaşlarım niyə dinmək bilmir... Əlbət ki,sevincdəndi. O "Qazanılmış manat”dakı uşaq kimi yəqin illərlə qazanmağa çalışdığım"manat”ı əlim yana – yana odun içindən çıxarda bildiyimdəndi bu hala düşməyim. Bugün Universitetin Elmi Şurası – böyükziyalılar qarşısında müdafiə etdim...

Axır ki, "Dar köynək”dənazad oldum... Möhtəşəm duyğudu... Adamın ruhu rahatlıq tapır. Uzun zamandır, üzərindəçalışdığım elmi tədqiqatımı müvəffəqiyyətlə yekunlaşdırıb ictimaiyyətə təqdimetdim. Adətən, dünyaya övlad gətirən insana "dar köynəkdən azad oldu"deyirlər... Əslində, bu da bir növ valideyn olmaqdı... Sənin ruhundan,canından, düşüncəndən mayalanan elmi ya bədii əsər də sənin balandı, gözününnuru kimi bəslədiyin, zəhmətlə böyütdüyün övladındı... Bax, mən yazdığımı o cürsevirəm – balam kimi... Ruhumun, mənəviyyatımın, düşüncəmin önəmli bir parçasıkimi...

Bu yazdığım isə mənim üçünadicə dissertasiya, Seyran Səxavət mənim üçün mövzu, opponentimin dediyi kimi,tədqiqat obyekti deyildi. Çünki mənə elə gəlir ki, sadəcə kitabxanalarda kar – kağızla əlləşibbu işi ortaya qoymadım. Düz beş il ruhumda, bətnimdə, mənəvi dünyamda yoğurubdünyaya gətirdim bu əsəri. Bəli, Seyran Səxavət mənim ilk övladımdı... Yuxusuzgecələrimin zəhməti, alnımın təri, gözlərimin nuru, barmaqlarımın qabarı –halalca əməyimlə böyütdüyüm ilk balamdı Seyran Səxavət...

Və bir ana üçün valideyniclasında övladının ünvanına deyilən sözlər necə qürurverici, xoş birduyğudursa, bu axşam yəqin ki,müdafiədən sonra o duyğularıyaşamaqdayam...

7 may 2017-ci il

Yenicə doğulmuş körpələrinotağındayam... Ömrümdə ilk dəfədir, belə bir yerə qədəm qoyuram. Dünyanıncənnət guşəsi yəqin elə buradı. Necə məsumdurlar, ilahi... Hamısı da bir –birinə bənzəyir... Elə bil bir almanı neçə yerə dilimləmisən... Hamısını da ağgeyindiriblər... Balaca mələklərdir... Sən balaların hamısını bu dünyanın qaraadamlarının qara düşüncələrindən hifz elə, ya Rəbbim... Elə gəldikləri bu mələkpaklığında qoru onları...

Bu oxşarlığı sözlə ifadə eləmək olmur. Heçrəssam çəksə, bu qədər bənzərlik alınmazdı bəlkə də. Sən İlahinin qələmininqüdrətinə bax... Bir günün içində bir doğum evində yüzdən çox körpə dünyayagələ, hamısı da bir – birinə bənzəyə... Qələminə qurban olum...

Bəlkə soruşum uşaqlarabaxan dayələrdən. Soruşum ki, mənim... mənim... mənim yavrum hansıdı? Yox, osözü necə deyərəm. Ən yaxşısı yavaş – yavaş baxım hamısının biləyinə. Mənimbiləyimə bağladıqları lentdən bəbəyə də bağladıqlarını gördüm. Üstünə də soyadımıyazdılar.

İçimdəki hansısa bir hissməni düz otağın o biri başına aparır. Analıq hissi buymuş yəqin... Biləyinioxuyuram, yüzdən çox körpənin içində necə düppədüz beşiyinin başına gəlmişəm.Göz yaşlarım yanaqlarımdan üzüaşağı sellənir. Dayələrin pıçıltısı gəlirqulağıma:

-O niyə ağlayır uşağın yanında?

-Dəymə, sən Allah, cavandı, sevinir, qoy ürəyiniboşaltsın...

Orda – balaca Mələyinbeşiyinin başında nə qədər qalmışam, fikrə getmişəm, xəyala getmişəm, yuxuyagetmişəm, bilmirəm... Bir də telefonun titrəşimini hiss edirəm, baxıram ki,Seyran babadı. Necə ürəyi düz adamdı... Sakitcə körpəni qoxulayıb beşiyinəqoyur, barmaqlarımın ucunda dəhlizə çıxıram...

-Baba...

-Can baba, axşamın xeyir, evdəsən, yoxsa bu gün dəkonfransa getmişdin?

-Yox, baba, dünən çıxışımı elədim konfransda. İndi...indi mən ... indi xəstəxanadayam...

-Yaxşısanmı, ay Xəliş? Nə narahatçılığın var ki,getmisən?

-Yox, yox, hər şey qaydasındadı, .... bəbə... bəbədünyaya gəlib...

-(telefonun o başında səsinin titrədiyini, kövrəldiyiniaydınca duyuram) Şükür sənə, ay Allah. Atalı – analı böyüsün. Gör nə yaxşıbaladı. Bəlkə də dünyadakı yeganə uşaqdı ki, dünyaya gəlməzdən bir neçə saatəvvəl beynəlxalq konfransda iştirak eliyib, Seyran babası haqqında məruzəyəqulaq asıb- deyir, gülüşürük.

Türkiyəyə səfərim var idi, ay Xəliş. Dedim sağollaşımsizinən, gedim qayıdım, qurban demişəm. Sən müdafiə edəndə demişdim ki, sağ-salamat balasını da qucağını alsın, qurban kəsəcəm. Şükür Allahın böyüklüyünə...

-Nəsə demək istəyirəm. Təşəkkür eləmək istəyirəm, ammasöz tapa bilmirəm. Bəzən elə minnətdarlıqlar, elə hisslər olur ki, onları adicümlələrə düzüb ifadə edə bilmirsən.

Gülnaz yəqin ki, dünyadakı ən xoşbəxt baladı ki,Allahdan bəxtinə Seyran kimi baba düşüb...

Hansı yazıçı deyir ki, Ay Allah, filan doktorantmüdafiəsini elədi, filan, beşməkan, ona qurban deyirəm. İndi camaat öz dərdiniçəkə bilmir.

Deməli, başqasının dərdini çəkmək, sevincinə baba kimiqucaq açmaq üçün Seyran Səxavət olmaq lazımdı...

Bir doktorant yoldaşım deyirdiki, bəxtəvərsən vallah, səninlə bərabər qəbul olmuşam, 5 ildi gedirəm həminyazıçının iş yerinə, hər dəfə də köməkçisi deyir ki, yanında qonaq var, Bakıdadeyil, toplantıdadır, uyğun olan vaxt sizə xəbər edərəm. Hələ beş ildə uyğunbir vaxtı olmayıb ki, mənə ayırsın?


Dedim, Allah köməyin olsun,kaş elə belə olacağını bilsəydin, rəhmətlik Füzulidən mövzu götürüb yazaydın, ürəyin dolanda heç olmasa, gedibheykəlin dizinin dibində oturub dərdləşəydin...

Belə də olur...

2012-ci ilin 14 martı, yelçərşənbəsi axşamı idi. Yoldaşım dedi ki, bizim Elşad – Elşad Ərşadoğlu zəngedib Seyran Səxavətlə bu axşam bizə gələcəklər. Sevincimin hüdudu yox idi. Bugünəcən əsərlərini, ruhunu oxuduğum sevimli yazıçımla ilk dəfə əyanigörüşəcəkdik. Həmin axşam Seyran müəllim bizə pay gətirdiyi bayram sovqatınıniçində bir təndir çörəyi və duz da vardı. İlk dəfə idi ki, kimsə qonaq gələndəbizə duz - çörək alıb gətirdiyini görürdüm. Biz həmin axşam bir süfrə başındaduz - çörək kəsdik...

Bəli, bu Seyran müəllimin məhzözünəməxsus simvolik tərzi idi...

O doktorant yoldaşımdanfərqli olaraq mən Seyran müəllimi görməyə gedə bilmirdim, hər dəfə öz – özümədüşünürdüm ki, daha çox oxumalıyam və daha hazırlıqlı olmalıyam. Özümü bu görüşüçün bilik və düşüncə anlamında hazır hiss edə bilmirdim. Bizim kənddə deyirlərki, Məhəmməd dağa yaxın getmirsə, neylək, Dağ Məhəmmədə sarı gedər... Həminaxşam Seyran müəllim bizə gələndə o məsəl yadıma düşüb o qədər utanmışdım ki...

21 oktyabr 2017-ci il

Bu gün Seyran Səxavətinqardaşı Vaqif Əminin ocağına yığışmışıq. Bütün ailəmiz, qohum - əqrəbamız dəvətolunub körpə üçün kəsilən bu qurbanlıq mərasiminə. Nə ürəyiböyük insanlardır.Nə fədakar, qayğıkeş, bir – biri üçün yanan bacı – qardaşlardır. Adam yaxşımənada qibtə edir onlara baxanda. Vaqif əmi, xanımı Sevda bibi, bacılarıNatella bibi hamımızın başına pərvanə kimidir. 14 yaşımda Universitetə, 18yaşımda magistraturaya, 21 yaşımda doktoranturaya qəbul oldum, heç dədəm –nənəm bu günə qədər məndən ötrü belə məclis qurub xətrimi əziz eləməmişdi.Zarafat bir yana, doğrudan da, indiki vaxtda hardadı bu cür münasibətlər?

Telefonumda səsi hələ dəqalır, üç il bundan əvvəl ustadımız Musa Yaqubla müsahibə zamanı Seyran Səxavətlə necə tanış olduğunusoruşmuşdum. Onda Musa Yaqub demişdi ki, qızım, Seyran Səxavətdən danışandabirinci növbədə onun dostluğundan, yoldaşlığından danışmaq lazımdı. Sonra Seyranınyaradıcılığı gəlir. Düzdü bizi yaxınlaşdıran ədəbiyyat olub, ürəyimizdəqaynayan söz olub. Seyran yaxşı deyir ki, Sözün belindən gələn adamlarqardaşdırlar. Ona görə biz dostdan daha çox, doğma qardaşıq. Yaradıcılıqda ilkdəfə şeirlərlə dost olursan, ordan başlayır bağlılıq. Bu mənada, mən Seyranlaçoxdan tanışam, özündən əvvəl şeirləri ilə dost olmuşam. Sonradan istədimonunla tanış olum, amma öyrəndim ki, artıq Universiteti bitirib xaricdə işləyir.Bir dəfə Çingiz Ələkbərzadəylə birlikdə Yazıçılar Birliyinin ezamiyyəti iləFüzuliyə getmişdik. Füzulidə bizi çox yaxşı qarşıladılar. Mən ömrümdə birFüzulidə, bir də Neft daşlarında o cür qarşılanma görmüşəm. Füzulini mən həmQarabağın bir parçası kimi, həm də füzulilərin şeirə, sənətə, ümumən ədəbiyyata,sənətə məhəbbətinə görə çox sevirəm. Deməli, o görüşdən çıxanda dedilər ki,Seyran Səxavətin böyük qardaşı Xanlar burdadı, Sizi gözləyir. Biz o vaxta qədərtanış deyildik, ilk dəfə idi görüşürdük, amma o bizi elə isti qarşıladı ki.Dedi, mütləq bizim qonağımız olacaqsınız. İlk dəfə Seyranın qardaşı ilə tanışolmuşam - Xanlarla. Bizi qonaq apardı, kabab çəkdi, gözəl bir qonaqlıq verdi...Rəhmətlik çox ürəyiaçıq, çox yaxşı oğlan idi. Sonra tanış olanda gördüm ki,Seyran da onun kimi çox ürəyiaçıq oğlandır. Bəlkə elə böyük qardaşı öz ürəyiaçıqlığınıda ona qoyub gedib...

Mən Seyran müəlliminqardaş, bacısını – Vaqif əmini, Natella bibini – bu ailəni yaxından tanıdıqcaanladım ki, Musa Yaqubun dediyi ki, həqiqətən də, ürəyiaçıqlıq sanki buinsanlara bir ata – ana, qardaş yadigarıdır.

Gündəlik yazmaq intimyaradıcılıqdır, bəlkə də. Düşünürsən ki, orda yazdıqlarının səndən başqa heçkimə dəxli yoxdu. Amma bəzən də istəyirsən ki, orda yazılanın 3-5 səhifəsinihamı oxusun. Çünki bəzən o 3-5 səhifə təkcə sənin özünə aid olmur.

Ədəbi mühitdə hamının sevə- sevə milli, bəşəri, böyük ideyalar müəllifi kimi qiymətləndirdiyi yazıçınıistəyirsən ki, bütün şair, dramaturq, yazıçı, publisist, vətəndaş ziyalı vəsair statuslarından öncə Adam kimi Adam olduğunu təqdim edəsən. Həm də böyükhərflərlə ADAM...

O Adamki, Ona olan böyük sevgini, bağlılığını, təşəkkürünü adi cümlələrə düzüb ifadəedə bilmirsən... O Adam ki, bütün çətinliklərə rəğmən məhz O var deyə – Onunvarlığına tutunub yaşaya bilirsən... Onun varlığı nəzərində dəyərdən düşmüş bubomboz dünyanı qiymətə mindirir. Seyran Səxavət məhz O adamdı... Varlığınatutunduğum, İşığından pay aldığım, Mənəvi dünyamın memarı... kəlmələrə sığmayacaq qədərdəyərli və böyük hərflərlə ADAM...

Bəzən etalon kimi... kiməsədünyalar qədər çox istədiklərini deyirlər adamlar... mən elə demirəm, Ustad...Mən Gülnazın Atasına dediyi kimi "Səni göy boyda çox istəyirəm...” Və Dünya bu sevgini, bu ilahi bağlılığı ölçməküçün ovuclarıma sığacaq qədər küçücük... Sən bizim İşıq dolu, nur dolu, hikmətdolu dünyamızsan... Sən böyük bir dünyasan... Nə xoşbəxtik ki, O dünyada payımız var, nəxoşbəxtik ki, sənin ürəyində yerimiz var...

SeyranSəxavət həm də mənim beynimdə ədəbi mühitlə bağlı bəzi qarmaşıq düşüncələrimidağıdan obrazdı...

IV kursda oxuyurdum. İstedadlı biryazıçının yaradıcılığı haqqında diplom işi yazırdım. Sağ olsun, özü də mənəxeyli material vermişdi ki, əziyyət çəkməyim. Haqqında yazılan ədəbi-tənqidiməqalələri ardıcıl oxuduqca qəribə bir məqamla rastlaşdım; qələminə inanmaqistədiyim bir tənqidçi onun əvvəlcə bəh-bəhlə təriflədiyi romanını 6 ay sonraelə yıxıb sürüyür ki, dədəm vay, xəbərimiz yoxmuş, bəs guya bu əsər Murakamidənplagiat imiş. Universiteti bitirməyimə az qalsa da, uşaq idim, qəbul edəbilmirdim belə şeyləri. Yəni necə ola bilər ki, o boyda kişi 6 ay qabaqyazdığını inkar edə... Qəzetləri götürüb getdim birbaşa yazıçının yanına. Adammənə çox sakitcə qulaq asdı. Sonra dedi ki, qızım, incitmə özünü belə şeylərlə.Mən onun araq qonaqlığını yaxşı verməmişəm deyə inciyib elə yazır. Bu qədərsadə izahı var. O yazıçı danışdıqca elə bilirdim ki, Yer kürəsi dayanıb mənfırlanıram onun başına... Axı Söz müqəddəs şeydi, Sözün başına belə oyun açmaqkişilikdən deyildi. Onun dediklərini anladım. Amma həmin gün bir şeyi də başadüşdüm ki, araya "vodka" girəndə ədəbiyyatın fatihəsi oxunur.Vodkanın qradusuna uyğun yazılan tərifin, tənqidin ömrü onu yazanın ömründənçox qısa olur.

O gündən sonra elə bilirdim ki, ədəbimühitdə adamlar bir – birinə elə bu müstəvidən yanaşır...

Seyran müəllimi tanıyanda isəyanıldığımı anladım. Başa düşdüm ki, bütün münasibətlərdən daha ucada dayananəlahəzrət Sözdü... İlk dəfə Seyran Səxavəti tanıdığım gün bizim evdəki süfrə başındaRəşad Məciddən danışırdı: "Elə bilirəm ki, Rəşadnan min ilin doğmasıyıq...”

Sonra Yazıçılar Birliyində Seyranmüəllimin yazı masasının üstündə Rəşad Məcidin şəklini görəndə də bu doğmalığınmin ildən çox yaşı olduğunu duydum...

Bir sabah da mənə zəng edərək: "Qızım,Aqil Abbas təzə bir hekayə yazıb. Sədi Məmmədovun xatirəsinə. Mütləq oxu onu.Sadəcə şedevrdi...”

Belə... Adamları min ilin doğması,yazdıqlarını şedevr adlandıra biləcək ürəyə sahib olmaq üçün Seyran Səxavətolmaq lazımdı...

Bir gündə mətbuatdan oxudum, Fuad Poladovun xanımı deyir ki, Fuad dünyasını dəyişəndənsonra onun telefonuna bircə nəfərdən zəng gəlir – Seyran Səxavətdən. Hər həftəbizi axtarır, hər bayramımızda, dərdimizdə - sərimizdə.

Bu siyahını sabaha qədər uzatmaq olar: rəhmətlik CamalYusifzadənin ailəsi də eyni fikirdədir, başqaları da. Bir sabah: "Hardasan,Baba? – deyə soruşanda "Uşaqlıq dostum rəhmətlik Zeynalın yoldaşı dünyasınıdəyişib, bu gün dəfn edəcəklər, gedirəm onun balalarının yanında olum...”Bilmədim nə deyim...

Bir gün də dedi ki, bu günsəhərdən həyətdəki üzüm tənəkləri ilə məşğul olmuşam, dostum Adilin yadigarıdıonlar mənə...

Biz həyatımızda varolanlara dəyər verməyi bacarmayan adamlarıq. Qismətinə yazılan adamları Allahınverdiyi pay kimi yoxluğunda da əzizləməyi bacarmaq üçün Seyran Səxavət olmaqlazımdı.

FuadPoladov dünyasını dəyişəndə bir yoldaş mənə dedi ki, Seyran müəllim özünü niyəelə zərbə altına qoydu. Fuad Poladovun dəfnində deyib ki, filankəslər Fuadınvida mərasiminə yaxşı ki gəlmədilər. Gəlsəydilər, Fuadın paklığına ləkə düşərdi...

Odediyin filankəslər hamısı "təfəkkürününistifadə müddəti qurtarmış"adam"lardı- dedim. Seyran Səxavət özünü qanandan o nadan kütləyə qarşı mübarizə aparıb. Bizayna bizi çirkin göstərəndə özümüzü - eyiblərimizi düzəltmək əvəzinə aynalarısındıran adamlarıq... Gerçəkləri heç zaman eşitmək istəmədik. Gerçəyi deyəni dəsevmədik – Fuadı sevə, Seyranı anlaya bilmədiyimiz kimi...

Bəli,istedad həm də gerçəyi deyə bilməkdir. İstedad o vaxt böyük olur ki, cəsarətəsöykənsin. İnsan o zaman şəxsiyyət olur ki, özünü xırdalamasın. Şərəfini,ləyaqətini, sözünü medala, evə, hər hansısa mandata, komforta dəyişən ruhusatılmışların yaşadığı bir toplumun içində hələ də nəfəs ala biliriksə, bu məhzşəxsiyyəti xırdalanmayanların, sürüşə-sürüşə ucalmaq sevdasına düşməyənlərin hesabınadır. Bu cür insanlar dəyərdi–Seyran Səxavət kimi. Sizlər var olduqca bizim yaşamaq, qorumaq və mücadiləetmək üçün nədənlərimiz olacaq, Ustad. Düşünəcəyik ki, Sözünün və özününazadlığını kölgələməyən, xırdalanmayan beşcə nəfər belə varsa, onlara tutunubyaşamağa, yola davam etməyə dəyər. Xırdalanaraq böyümək, Azadlığı hər şeydənuca tutan Vicdanın – Böyük Ürəyin qarşısında baş əyirəm!

Yaxşı ki Varsan, Ustad!

Şərəfini, ləyaqətini, heysiyyətiniayaqlar altına atan, məddahlığı özünə peşə edən bu dünyanın tən ortasındaSeyran Səxavəti qoruduğun, həm də məhz bu cür qoruduğun üçün Var ol!

Həqiqətləri deməyin yasaqolunduğu, yarımhəqiqətlərin və yalanların üstündə inşa olunan bir dünyada SeyranSəxavət şəxsiyyəti və yaradıcılığı arasındakı bütövlüyü, tamlığı qoruyabildiyin üçün Var ol!

Sözün müqəddəsliyini Bəylərdədənin, Əsgər kişinin, Zərif ananın ruhu təkin ağırlayıb-əzizlədiyin üçün Varol!

Bütün qəlbimlə inanıram ki,Səni dinləyəndə - anlayanda Biz təmizlənəcəyik...

Biz o müqəddəs yola - Aydınlığa,aydınlanmağa doğru gedirik.

Yolumuzun başında Sənvarsan, Səndən keçib durulacağıq, Ustad!

Yolçu yolda gərək! Yolumuz aydın olsun!