adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
01 Fevral 2018 15:07
12889
ƏDƏBİYYAT

Səyahət

Qəflətən ayılanda diksinməyindən çox, ətrafınatoplaşıb ona baxan insanların çoxluğundan qorxdu. Əlində su dolu qazança tutananasının, çay dəsmalını çənəsinin altına sıxan bacısının, təcili yardımadəfələrlə zəng edən atasının və səs-küyə yığışan yaxın qonşularının üzündə dərindənnəfəs müşayiətilə təbəssüm cücərdi. Sanki əziyyətləri boşa getməmişdi.

Bütünbunlar onun həmişəkindən gec oyanmasına görə baş vermişdi. Axşam erkən yuxuyagedən oğlanın, növbəti günün ortasına yaxın oyanmadığını görən ailə üzvlərinecə deyərlər, aləmi bir-birinə qatmışdılar. Üzünə soyuq su tökən kim,yelpikləyən kim, duanı duaya qatan kim…

Üstgeyimləri yenisiylə dəyişdirilən kimi arabasına oturdulmasını istədi. Hamınınotaqdan çıxması ilə qapısı bütövlükdə şüşədən ibarət olan eyvana yaxınlaşdı.Çölü bir qədər seyr edəndən sonra ayağa qalxmağa cəhd etdi. Əllərini arabanındirsəklənəcəyinə sıxıb, qollarının gücüylə bədənini qaldırmağa çalışdı. Təmasınıoturacaqdan kəsmişdi, fəqət qolları soyuqdan üşüyən körpə dodaqları kimiəsirdi. Taqətdən düşdü və buraxdı özünü səkkiz illik dərd ortağının qucağına.Boğazı düyünlənmişdi. Kəsik-kəsik aldığı nəfəs burnundan od kimi çıxırdı. Hərayağına üç-dörd dəfə zərbə endirdi amma zərbələr ayaqlarını yox, əlləriniincidirdi.

Səkkiz il öncə kənddə mindiyi yəhərsiz atınbelindən daşların üstünə yıxılması, bir müddət ümumiyyətlə hərəkətsiz qalması,daha sonra isə yerimə qabiliyyətini itirməsilə nəticələnmişdi. Hərəkətlə bağlıistəkləri çərçivədə idi. Buna görə də gününü otağında mütaliə etməklə,internetdə araşdırmalar aparmaqla keçirirdi. Çox nadir hallarda ailəsinin onuevdən kənara çıxarmasına izn verirdi.

Sonvaxtlar yazıyla məşğul olmağa başlamışdı. Yuxuda gördüklərini oyanan kimixatırlayıb, yazmağa çalışırdı. Bəzən də yazdıqlarını oxuyub, təhlil edirdi. Təhlilinnəticələrinə əsasən yüzdən çox yazıya çevrilmiş yuxuların heç biri digərinin nətəkrarı idi, nə də davamı idi.

Lakinbu dəfə onu narahat edən bir şey vardı. Bu gün gördüyü və oyanmağını gecikdirənyuxu, iki gün öncə gördüyü yuxunun davamı idi.Bir qədər var-gəl edəndən sonrabunun sadəcə təsadüf olduğunu yəqinləşdirdi. Əli ilə arabasının təkərinihərəkət etdirərək kitab rəfinin yanına gəldi, oxumadığı kitablar cərgəsindən seçimetmədən birini götürüb oxumağa başladı. Beş-altı vərəqdən sonra oxuduqlarınınyadında qalmadığını fərq etdi. Yenidən birinci vərəqdən başladı. Nəticə, eyni..Fikrini bir yerə cəmləmək mümkünsüz idi deyə oxuduqlarını yadında saxlayabilmirdi.

Birqədər kompyuterdə vaxt itirəndən sonra, televizoru açdı. Həmişə izlədiyi xaricielmi kanal göründü. Yaradılış və təkamül adı altında iki qütbə bölünənalimlərin videomüsahibələrindən ibarət veriliş idi. Maraq dairəsində olan mövzuolsa da diqqətlə izləyə bilmədi. Televizoru söndürüb, anasının köməkliyi iləyatağına girdi. Yorulmuşdu. Gözünü yuman kimi yuxunun ilk dalğalarını hissetməyə başladı.

Ondəqiqə keçməmiş diksinərək oyandı. Yenə eyni yuxuya dalmışdı. Əslində qorxulubir şey yox idi. Sadəcə belə halla rastlaşması ilk idi deyə narahat olmuşdu.Hətta oyandığı üçün təəssüfləndi. Bu qədər reallığa yaxın yuxunun içində olmaqhəyacanlıydı. Yenidən o məkana qayıtmaq ümidilə yatmağa çalışdı,fəqət gözünüyumub açmasıyla səhərin açılması bir oldu.

Aradanbir müddət keçdi. Yenə yuxudaydı və üç dəfə yarımçıq qayıtdığı, tanımadığı birşəhərin küçələrində addımlayırdı. Bəli, addımlayırdı. Yeridiyini fərq edən kimihəyacanlandı. Dərhal özünü ələ aldı ki, yuxudan oyanmasın. Ətrafdakıların nəzəriüstündə idi. İki-iki, üç-üç keçənlər isə baxıb, bir-birinə nəsə pıçıldayırdı.

İlkdəfə gördüyü küçələri, insanları sağa-sola boylana-boylana müşahidə edirdi. Eləbu dəm, eynən filmlərdəki kimi kimləsə toqquşdu. Özündən asılı olmadan yumduğugözlərini açmaq istəmirdi. Səs eşitdi. Qadın səsiydi, üzr istəyirdi. Bu səs nəanasının, nə də bacısınındı. Açmağa başladı gözlərini yavaş-yavaş. Əmin olduki, hələ də yuxudadır. Qarşısındakı isə, ehtiyyatsızlıq edərək yoluna çıxangözəl bir xanım. Bir qədər danışmadan baxışdılar. Qəflətən ayağında ağrılarhiss etdi. Biixtiyar dizini ovuşdurub başını qaldıranda qız artıq yox olmuşdu.Sağa-sola boylandı, nəticə olmadı.

Ayılandagünəş onun şəhərinə yenicə boylanırdı. Günortaya qədər yerinin içində yuxudabaş verənləri, xüsusilə qızı çox dəqiqliklə xatırladı. Amma nədənsə yazmaq istəmədi.

Gün günə calandıqca oğlanın içindəki narahatlıqartırdı. Qızla toqquşduğu səhnə gözünün önündən getmirdi ki getmirdi. Nə illahedirdisə istədiyi yuxuya dala bilmirdi. Həmin məkana aid olmayan bütün yuxularisə əhəmiyyətini itirmişdi.

Araşdırmaq qərarına gəldi. Sorğusuna uyğun yüzlərləməlumat qarşısında çaş-baş qalmışdı. Müxtəlif adamların başına gələn oxşarhadisələri oxuduqca həyacanlanırdı. Bir qisim insanlar bunun çox təhlükəliolduğunu qeyd etsə də, bir qismi isə asan, təhlükəsiz, hətta əyləncəli olduğundaisrarlı idi.

Daha inandırıcı hesab etdiyi yazının müəllifinəelektron məktub yazaraq detallı məlumat xahiş etdi. Bir gündən sonra poçtundahəmin müəllifdən "astral səyahət” adlı məktub var idi. Ürəyinin döyüntüsünüeşidirdi sanki. Həyacan içində açdı məktubu. Belə yazılmışdı:

"Bunuedə bilmək üçün hər şeydən öncə yerinə yetirilməsi vacib olan şərtlər var.

İlkolaraq uyğun bir yer seçib uzanmalısan. Fikrini cəmləyib bu səyahəti etmə niyyətinidəqiqləşdirmək lazımdır. Hər kəsin yattığından əmin ol. Əynində səni narahatedən paltarın olmamasına diqqət yetir. Otağın nə çox soyuq, nə də çox istiolmalıdır.

Bacaracağınaürəkdən inanmalısan. Belə olan halda hədəfinə çatmağın asanlaşacaq. Çünki hərşey düşüncədə başlayır. Unutma ki, getdiyin yerdə hərəkətlərini düşüncələrinləyönləndirəcəksən. Zərrə qədər tərəddüdün səni məqsədindən uzaqlaşdıracaqdır.

Yuxarıdayazmağı unutdum. Bu səyahəti edəcəyin axşam, günboyu sakit və dinc olubolmadığını düşün. Əgər kiminləsə aranda mübahisə olub və buna görə əsəbiləşmisənsəhəmin axşam bu təcrübəni etməməyində fayda vardır. Yediklərinə diqqət yetir.Yaxşı olar ki, həmin gün meyvə-tərəvəzə üstünlük verəsən. Alkaqollu içkilər vəuyuşdurucu dərmanlardan uzaq dur.

Əsasməsələ, qorxuların. Bu tip səyahətlərdə ən böyük əngəl qorxulardır. Çünki qorxuhissi dərhal geri dönməyinə səbəb ola bilər. Qorxunun təməlində bilgisizlikvardır. Odur ki, bununla bağlı daha çox məlumat əldə etməyini məsləhət görürəm.

Kürəyiüstdə uzanmalısan. Bədəninin hansısa hissəsinin narahat olmamasına çalış.Ayaqlarını qəti şəkildə çarpaz saxlama. Əks halda qan dövranının işiçətinləşər, dolayısı ilə narahatlıq hiss edə bilərsən. Əllərini bədəninəparalel uzat. Başınının altında çox hündür olmayan yastıq olmalıdır.

İşəözünü təlqinlə başla. Gedəcəyin yerdən başqa bir şey düşünməməlisən. Yalnız vəyalnız getmək istədiyin yeri düşün. Yavaş-yavaş rahatlanma gələcək. Öncə ənzəif səslər yox olacaq. Sonra qaranlıq bir yerdə olduğunu hiss edəcəksən.Bədənindən yuxarıya doğru yüksəldiyini hiss edəndə qorxma. Bir qədər dəyüksələndən sonra çevrilib yataqdakı özünə baxa bilərsən. Otağına baxarsan.Əşyalarına toxunarsan. Pəncərəndən baxa bilərsən. Heç bir maneə olmadanotağının divarından keçə bilərsən. Amma ilk dəfə üçün çox uzağa getməyinitövsiyyə etmirəm. Əks halda azaraq bədəninə geri dönməkdə çətinlik çəkə bilərsən.

Təəsüratlarınıbölüşməyini səbirsizliklə gözləyirəm. Uğurlar”

Dəfələrləoxudu məktubu. Əzbərləyəcək səviyyəyə çatanda tətbiq etmək üçün gecikmişdi.Səhər oyanar-oyanmaz, məktubda yazıldığı kimi, yediyinə içdiyinə diqqətyetirməyə başladı. Daha doğrusu faydalı qidalar gətirilməsini istədi. Çünkineçə vaxtdır düz-əməlli bir şey yemirdi. İştahası yox idi. Ev əhli sevinciçində oğlana qulluq etməkdən zövq alırdı. Hər şey məqsədinə uyğun gedirdi.

Axşamoldu. Hamı yavaş-yavaş yatmağa hazırlaşırdı. Bircə atasını gözləmək vaxtapardı. Çünki evdə ən gec yatan atasıydı. Əslində hamıdan tez yatırdı. Lakintelevizorun önündəki çarpayıdan qalxıb yerinə gedənə kimi anası dəfələrləçağırmalı olurdu.

Hamınınöz yerində yatdığında əmin olanda saat ikini keçirdi. Fikrini cəmləyib,gözlərini yumdu. Yalnız həmin məkanı düşünürdü. Hansıki sonuncu dəfə qızlatoqquşmuşdu. Bir qədər sonra dərin bir səssizliyə düşdü. Daha sonra qaranlıqboşluqda olduğunu hiss etdi. Çarpayısından yuxarıya doğru yüksəldikdən dərhalsonra çevrilib yatağına baxdı. Həqiqətən də özünü görürdü. Otağına bir qədərgöz gəzdirdi, məktubdakı xəbərdarlığa məhəl qoymadan uzaqlaşdı. Düşündü ki, ilkdəfə deyil. Artıq təcrübəsi var. Odur ki, tələm-tələsik həmin məkana gəldi.

Vaxt itirmədən axtarışa başladı. Bir qədərgəzdikdən sonra həmin qızı bir rəsm dükanının vitrinindəki rəsmə baxarkəngördü. Ürkək addımlarla yaxınlaşdı qıza sarı. Rəsmdə bir körpünün üstündəyüzlərlə marafon iştirakçısı əks edilmişdi. Bir müddət rəsmə baxdılar və neçəilin tanışı kimi birlikdə gəzməyə başladılar.

Məlumoldu ki, qız da həmin üsuldan istifadə edir. Bunu bilmək qızı sevindirsə də,oğlanı narahat edirdi.Həyatda fiziki qüsurlu olduğunu qızın bilməsiniistəmirdi.

Bu qaydayla xeyli zaman idi ki, yuxuda görüşübsaatlarla söhbətləşirdilər. Oğlan qıza əməlli başlı vurulmuşdu. Qızın daetirazı yox idi. Hətta qız oğlana öz evlərini göstərmiş, birlikdə qızın otağındayatdığını seyr etmişdilər. Lakin oğlan qızdan fərqli olaraq evlərini çöltərəfdən göstərmiş, əlil arabasını görməsin deyə otağına girməkdənyayındırmışdı.

O məqam gəlib çatdı ki, qız görüş yerinə gəlmədi.Hadisəni təbii qarşılayan oğlan tezliklə bədəninə geri döndü. Növbəti gün yenədə qız yox idi. Bu hal beş-altı dəfə təkrarlananda oğlan narahat olmağabaşladı. Yuxuda qızın yaşadığı evi çətinliklə tapsa da, gördüyü mənzərəqarşısında məyus olmuşdu. Onlar həmin evdən köçmüşdü. Artıq orada başqa adamlaryaşayırdı. Bununla barışmaq istəməyən oğlan özünü oraya-buraya vuraraq qızıaxtarırdı. Məkandan-məkana yerini dəyişərək axtarışa davam edirdi. Hər şey anibaş verirdi. İldırım sürətilə yer dəyişdirən oğlan yorulmaq bilmirdi. Qarşısınaəcaib-qəraib canlılar çıxsa da qorxmurdu. Fəqət getdikcə ümidinin itməsihəyacanla əvəz olunurdu. Geri qayıdacağı yolları unutmuşdu. Nə qədər cəhdedirdisə öz evlərini tapa bilmirdi. Yaxınlaşmaq əvəzinə daha da uzaqlaşırdı. İşo yerə çatdı ki, təslim olub bir küncə qısıldı. Ətrafda anlam verə bilmədiyihadisələr baş verirdi. İnsandan başqa hər cür varlıqlar müxtəlif səslərçıxarırdı.

Gözünü yumub açdıqca yenə də həmin məkandanuzaqlaşabilmirdi. Oturduğu yerdə qalmışdı. Nə qədər müddət keçdiyini bilmədi. Ammaözünü pis hiss etməyə başlayırdı. Rəngi getdikcə ağarırdı. Əlini-qolunu hərəkətetdirə bilmirdi. O qədər haldan düşdü ki, gözlərini yummağa başladıyavaş-yavaş. Gözünün qabağı tam qaraldıqdan sonra sükuta qərq oldu.

Ağlaşma səsləri gəldi çoxalan xətlə. Açdıgözlərini. Qəbristanlıqda bir məzarın yanında idi. Nəzər yetirdi ətrafdaağlaşan insanlara. Hamısı tanış simalardı. Atası, anası, bacısı vəqohum-əqraba. Məzarın baş tərəfində küncünə qara bağlanmış şəklini görəndəanladı hər şeyi. Ətrafa daha diqqətlə baxanda isə neçə müddətdir yuxusundagörüşüb aşıq olduğu qızı da gördü. Ən kədərlisi isə qız da fiziki qüsurlu idivə əlil arabasının bir tərəfinə qısılıb için-içinağlayırdı.