Səudiyyə Ərəbistanı XİN Azərbaycana başsağlığı verdi
Səudiyyə Ərəbistanı Krallığının Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumu pisləyib.
Adalet.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistan XİN-dən bildirilib:
“Səudiyyə Ərəbistanın Xarici İşlər Nazirliyi İranın paytaxtı Tehranda Azərbaycan Respublikasının səfirliyinə bir nəfərin ölümü və bir neçə nəfərin xəsarət alması ilə nəticələnən silahlı hücumu qətiyyətlə pislədiyini bildirir. Nazirlik bu çətin vaxtda Krallığın Azərbaycan Respublikası və onun dost xalqı ilə həmrəy olduğunu təsdiq edir, diplomatik nümayəndəliklərin toxunulmazlığına hörmət etməyə və günahkarların cəzalandırılmasına çağırır".
Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 08:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Terroru törədən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyəti qənaətbəxşdir. Terroru törətmiş şəxs saxlanılıb.
Digər Xəbərlər
10 Sentyabr 2026 18:25
Qazaxıstan Prezidenti türk dövlətlərinin daxili işlər nazirləri ilə görüşdü - FOTO
10 Sentyabr 2026 16:55
Bayramov Aİ rəsmisi ilə görüşdü
10 Sentyabr 2026 15:55
Prezident Azərbaycanın yəhudi icmasını təbrik etdi
10 Sentyabr 2026 13:46
Əli Əsədov Dünya Bankının regional direktoru ilə GÖRÜŞDÜ
10 Sentyabr 2026 12:17
Prezident kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında - FOTOLAR
10 Sentyabr 2026 11:12
Prezidentdən büdcədənkənar vəsaitlərdən istifadə ilə bağlı FƏRMAN
10 Sentyabr 2026 10:18
“Ermənistan-Rusiya münasibətlərində dərin böhran davam edəcək”
10 Sentyabr 2026 10:07


Bakı -°C

