adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
31 May 2016 15:51
13444
MARAQLI

Sərvəti talan olunmuş səhra

Dünyanınbir çox yerlərində kabus şəhərlər mövcuddur. Onlardan bəziləri atom partlayışındansonra tərk edilib, bəziləri kəskin iqlim dəyişikliyi, su çatışmazlığı və s.səbəblərdən sakinsiz qalıblar. Amma Afrikanın Kolmanskop şəhərinin isə dərdibaşqadır. Bir vaxtlar təkcə afrikalıları deyil, az qala bütün dünyanıbrilyantla təmin edən bu şəhər təbii sərvəti bitdikdən sonra heç kimə lazımolmayıb.

ŞəhərNamibiyanın cənubunda, səhranın düz ortasında yerləşir. Hər şey onunla başladıki, 1908-ci ildə bu səhralıqdan keçən Zəkəriyyə Leval adlı bir yolçu qumluğunarasından parlaq bir daş tapır. Hiss edir ki, bu adi daş deyil. Mənzil başınaçatan kimi onu dəmiryolu idarəsinin rəisinə göstərir. Elə bununla dadünyanın daha bir "qızdırması” başlayır. Tapılan daş ən təmiz brilyantlardanolduğundan Avropanın marıta durmuş işbazları Afrikanın bu səhralığınatökülüşürlər. Tezliklə burada həyat qaynayır. Hər gələn avropalı özü üçünqərargah tikir. İndiyədək dəbdəbəli həyat görməyən Afrika öz qoynunda "kiçik Avropa”yetişdirir. Artıq 10 ildən sonra varlanmış gəlmələr burda öz rahatlıqları üçünqəşəng binalar, məktəb, hətta xəstəxana açdırırlar. Məhz Hitler ordusunu daNamibiya brilyantıları ən güclü edə bilir. Çünki ən çox brilyant zavodlarıalmanlara məxsus idi. Deyilənə görə, o vaxt ilk rentgen aparatlarından biri dəməhz bu səhra şəhərdə yerləşirmiş. Amma insanları müalicə etmək üçün yox,brilyantları oğurlamaq üçün onu udan, ağlagəlməz yerlərində gizlədən fəhlələrirentgenlə ifşa etmək üçün.

Ta ki1954-cü ilə qədər səhranın bağrı yarıldı. Həmin ildən sonra təbii sərvətlərtükəndiyindən, şəhər gəlmələrdən boşaldı. Bütün dəbdəbəli evlər yerliafrikalılara qaldı. Amma afrikalılar təkbaşına bacarmadılar, yenə aclıq, susuzluqonları pərən-pərən saldı və nəticədə o avropasayağı şəhər 70 ildən artıqdır ki,səhrada kimsəsiz qalıb. Getdikcə xarabalığa çevrilən şəhərin evlərində indisəhra qumları "yaşayır”.