SEPAH-ın daha bir komandanı sərhədimizə gəldi

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Quru Qoşunlarının komandanı general Sərdar Məhəmməd Pakpur Azərbaycan və Ermənistanla həmsərhəd rayonlardakı bölmələrin yerləşdiyi ərazilərə baş çəkib.
Adalet.az xəbər verir ki, bu barədə İan mediası məlumat yayıb.
Məlumata görə, general hərbçilərlə söhbət edib, onların döyüş hazırlığının, sayıqlığının və mənəvi-psixoloji hazırlığının səviyyəsini qiymətləndirib. Pakpur gecə-gündüz taktiki təlimlərinə də qatılıb.
“Təhlükəsizlik məsələsi soyuq, isti, bayram, iş günləri bilmir. Biz maksimum ayıq-sayıq və hazır olmalıyıq. Bu məsələlərə hər zaman ciddi diqqət yetirməliyik”, - deyə o, qoşunlara müraciətində deyib.
Qeyd edək ki, ötən gün İran Sərhəd Qoşunlarının komandanı Əhməd Əli Qudərzi də Azərbaycanla həmsərhəd Xudafərin bölgəsinə gəlmişdi.
Digər Xəbərlər
29 Oktyabr 2025 10:57 “İsrailin Yaxın Şərqdəki aqressiyasının əsl səbəbkarı İran rejimidir”
29 Oktyabr 2025 10:50 Türkiyədə 6 mərtəbəli bina çökdü - Dağıntılar altında qalan var
29 Oktyabr 2025 10:45 "Putin Bakı-İrəvan sülhünə heyranlığını bildirdi" - Tramp
29 Oktyabr 2025 09:31 

Bakı -°C 










