Hakimliyə namizədlər üçün test imtahanı keçirilib
Dövlət İmtahan Mərkəzi (DİM) Hakimlərin Seçki Komitəsi ilə birgə hakim vəzifəsinə qəbul olmaq istəyən namizədlər üçün test imtahanı keçirib.
Adalet.az xəbər verir ki, bu barədə DİM məlumat yayıb.
İmtahan DİM-in elektron imtahanlar korpusunda təşkil olunub. Namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olublar. Nəticələr həmçinin DİM-in saytına yerləşdiriləcək.
İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçən 339 nəfərdən 2 nəfər imtahana gəlməyib. 175 nəfər 60 və daha yüksək bal toplamaqla müsabiqə şərtini ödəyərək növbəti mərhələyə buraxılıb.
Nəticələrlə bağlı Apellyasiya Komissiyası 29, 30 iyun və 1 iyulda saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzində (Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küç., 50) fəaliyyət göstərəcək.
Digər Xəbərlər
10 Avqust 2026 17:51
II-III ixtisas qrupları üzrə qəbul şərtləri və plan yerləri açıqlanıb
08 Avqust 2026 11:40
Müəllimlərin faktiki yaşayış rayonuna uyğun olaraq vakansiya seçimi başladı
07 Avqust 2026 16:29
Jurnalistika ixtisası üzrə qabiliyyət imtahanının nəticələri - Açıqlandı
07 Avqust 2026 12:48
Bakıda 3 məktəb sökülüb yenidən tikilir
07 Avqust 2026 11:37
Kolleclərə qəbul üzrə ixtisas seçiminin vaxtı açıqlandı
07 Avqust 2026 10:46
Bağlanan universitetin müəllimləri işlə təmin olunacaqlar? - VİDEO
06 Avqust 2026 12:00
Bağçalarla bağlı mühüm qərar - Kamera tələbi tətbiq edilir
06 Avqust 2026 10:47


Bakı -°C

