Təxirə salınan qabiliyyət imtahanının keçiriləcəyi tarix - Açıqlandı
İdman istiqamətinin 62-ci (ümumi fiziki hazırlıq, adaptiv bədən tərbiyəsi və kütləvi sağlamlaşdırıcı idman) komissiyası üzrə 27 iyun 2026-cı il tarixində Tofiq Bəhramov adına Respublika Stadionunda açıq havada keçirilməsi planlaşdırılan ümumi fiziki hazırlıq imtahanı əlverişsiz hava şəraiti ilə əlaqədar olaraq təxirə salınıb.
Dövlət İmtahan Mərkəzindən Adalet.az-a verilən məlumata görə, həmin imtahan 7 iyul tarixində Azərbaycan İdman Akademiyasında keçiriləcəkdir.Abituriyentlər imtahana buraxılış vərəqəsini buradan çap edə bilərlər.
Abituriyentlər (subbakalavrlar) imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və qabiliyyət imtahanına buraxılış vərəqəsini mütləq gətirməlidirlər. İdman istiqaməti üzrə imtahana gələrkən abituriyentlər (subbakalavrlar) idman paltarı və sağlamlıq haqqında tibbi arayış (U086 - peşəyə yararlığı haqqında həkim rəyi hissəsində “yararlıdır” və ya “sağlamdır” qeydi olmalıdır) gətirməlidir.
Qabiliyyət imtahanlarının qrafiki haqqında məlumatla buradan tanış ola bilərsiniz.
Qeyd: Qrafik mütəmadi olaraq yenilənir və digər imtahanların tarixləri də bəlli olduqca cədvələ əlavə ediləcək.
Digər Xəbərlər
10 Avqust 2026 17:51
II-III ixtisas qrupları üzrə qəbul şərtləri və plan yerləri açıqlanıb
08 Avqust 2026 11:40
Müəllimlərin faktiki yaşayış rayonuna uyğun olaraq vakansiya seçimi başladı
07 Avqust 2026 16:29
Jurnalistika ixtisası üzrə qabiliyyət imtahanının nəticələri - Açıqlandı
07 Avqust 2026 12:48
Bakıda 3 məktəb sökülüb yenidən tikilir
07 Avqust 2026 11:37
Kolleclərə qəbul üzrə ixtisas seçiminin vaxtı açıqlandı
07 Avqust 2026 10:46
Bağlanan universitetin müəllimləri işlə təmin olunacaqlar? - VİDEO
06 Avqust 2026 12:00
Bağçalarla bağlı mühüm qərar - Kamera tələbi tətbiq edilir
06 Avqust 2026 10:47


Bakı -°C

