Qız uşağı ağlayanda və yetim qalanda...
Kimin qızı varsa, Allah and olsun ki, o adamlar xoşbəxt insanlardır.Qızı olmayanlar isə bunu hiss eləməz .Bir neçə gün bundan əvvəl qurumlardan birində mətbuat xidmətinin rəhbəri işləyən Yavər dostumuza zəng vurdum.
Dəfələrlə zəng etsəm də telefonunu açıb zəngimə cavab vermədi. Axşam üstü Yavər müəllimin telefonundan mənə zəng gəldi. Düşündüm ki, nə yaxşı ondan mənə zəng gəlir.
Telefonu açdım və başqa bir adamın, daha doğrusu, xanım səsi eşitdim.Dedi ki, bir neçə dəfə Yavər müəllimin telefonuna zəng etmisiniz və sizinlə danışan onun qızıdır.
Soruşdum ki, bəs Yavər müəllim hardadır? Cavab verdi ki, atam yanvarın 26- da rəhmətə gedib. Bu sözləri deyib hönkür- hönkür ağladı və mən də ona qoşulub ağladım.Çünki qız uşağı ağlayanda və yetim qalanda mənim ürəyim para- para olur, sanki dünya uçur alında qalıram! Dedim ki, qızım, ağlama.
Sizin atanız ölməyib sağdir. O, doğmalarının, əzizlərinin ürəyinə köçüb. Deyəsən, bu sözlərim ona bir təsəlli oldu və kiridi.
Bax belə , bir dostumuzu da itirdik və yadıma dostum qardaşım Orxan Paşanın( Məhərrəm Qasımlının) bir mısrası düşdü:"
... İtirdim dostları, itirdim bir- bir..."
Emil FAİQOĞLU
Digər Xəbərlər
06 Mart 2026 23:16
Leyla Əliyeva şəhid anaları ilə iftar süfrəsində - FOTOLAR
06 Mart 2026 21:34
SEPAH Bakıda bu obyektləri partlatmaq istəyibmiş - DTX-dən əməliyyat - VİDEO/FOTOLAR
06 Mart 2026 19:28
Ramazanın 17-ci gününün duası - İmsak və iftar vaxtı
06 Mart 2026 17:43
Naxçıvan aeroportuna hücumla bağlı hesabat təqdim edilib
06 Mart 2026 17:33
Naxçıvan məktəblisindən Təbrizə, Zəncana təsirli sözlər - VİDEO
06 Mart 2026 16:25
“AzerGold” xüsusi mükafata layiq görülüb
06 Mart 2026 15:47
Müəllimlər məktəbə atılan dronla bağlı TƏFFƏRÜATLARI DANIŞDI
06 Mart 2026 15:39


Bakı -°C

