adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
16 May 2018 15:52
117700
MÜSAHİBƏ

"Sən polislərin adını batırırsan" - aktyor Anar Heybətov

Hər bir aktyorun teatrdavə filmdə oynadığı obrazlardan əlavə onun bu sənət haqqında fikirləri oxucuya maraqlıolur. Belə aktyorlardan biri də Əməkdar artistAnar Heybətovdur. O, həm teatrda, həm də filmlərdə oynadığı obrazlarla tamaşaçılarınsevgisini qazanıb. Biz də istədik ki, onunla teatr və film haqqında söhbətləşək.

Adalet.azhəmin söhbəti sizə təqdim edir.

- Hər bir aktyorun vizit kartı hesab olunan birobrazı olur. Tamaşçı sizi ən çox hansı obrazla tanıyır?

- Fərq etmir, teatrda ya filmdə, düşünürəm ki, aktyor ifa etdiyirolların hər birini sevməlidir. Sevməsə, ifa etmək çətin olur. İnsan Vətənini,atasını, anasını, xanımını necə sevir? Bax, aktyor da rolunu elə sevməlidir. Həmdə gərək öz rolunu sevdiyin kimi də qısqanasan. Mən ifa etdiyim bütün rollarısevirəm.

- Bu günlərdə Fuad Poladovun ölümündən sonra yazarHəmid Herisçinin onunla bağlı bir yazısı çıxdı. Yazıda o, Fuad Poladovla söhbətiniqələmə almışdı və söhbət əsnasında aktyor öz rollarını qumar kartlarına bənzədirdi.Rollarını tuza, karola, valentə bölürdü. Mənə maraqlıdır ki, sizin özlüyünüzdəbuna oxşar bir bölgü varmı? Yəni oynadığınız rolların hansını daha yaxşı hesabedirsiniz?


- Açığı belə bir bölgü haqqında heç düşünməmişəm. Bu sualı qəfil verdinizdeyə cavab verməyim çətin olar. Teatrda oynadığım bütün rolları sevmişəm. Düzü,bizi ən çox tanıdan televiziya olur. Amma teatrda da tamaşaçılarımız az deyil.Son zamanlar Cəlil Məmmədquluzadənin "Ölülər”ində oynadığım Kefli İsgəndər də tamaşaçılartərəfindən sevildi. Bu mənim uşaq vaxtlarımdan arzuladığım obraz idi. Mənə qədərbu əsərə bir neçə dəfə müraciət olunub. O vaxt bu rol əməkdar artist Sabir Məmmədovatapşırılmışdı. Dublyor kimi də məni seçmişdilər. O vaxt cavan idim.Razılaşmadım ki, Sabirə mane olaram. Qoy, Sabir bunun üzərində tək dayansın, təkişləsin. O vaxt qismət olmadı. Son illərdə Azərpaşa müəllim tamaşaya yenidənquruluş verdi. Bu rolun nə dərəcədə öhdəsindən gəlmişəm, deyə bilmərəm, ammatamaşaçıların reaksiyası müsbət oldu.

- Tamaşalardan sonra tamaşaçılar sizə internetvasitəsilə, ya da teatrdan kənarda təşəkkürlərini bildirirlərmi? Yoxsa, eləcəbaxırlar, əl çalırlar, gedirlər?

- Demək olar ki, əksər tamaşalarımızdan sonra teatrın xidməti qapısındabizi gözləyənlər olur. Tamaşaçı ordusu olmasa da, 5-10 nəfər də olsayaxınlaşır, şəkil çəkdirir, təşəkkürlərini bildirirlər. Sosial şəbəkədə də həmçinin.

- Fuad Poladovla eyni səhnəni bölüşmüsünüz. Qacardada, Hamletdə də. Onunla tərəf müqabili olmaq necə hiss idi? Aranızda roldan kənarnə söhbətlər olurdu? Hansı xatirələriniz var?

- Fuad Poladovu uşaqlıq illərimdən tanıyıram. Düşünürəm ki, hətta bu sənətəhəvəsim də Fuad Poladovu tanıyandan yaranıb. Biz bir məhəllədə yaşamışıq. Uşaqidim, əlimdən tutub məktəbə aparırdılar və Fuad müəllimi işə gedən görürdüm. Oçox vaxt işə piyada gedib gəlirdi. Bir dəfə gördüm ki, o, çox xırda əl vəmimika hərəkətləri ilə öz-özünə danışır. Anamdan soruşdum ki, Fuad əmiyaxşıdır? Niyə elə hərəkətlər edir? Görəsən ona nə olub? O vaxt mənə onun hərəkətləriçatmırdı. İndi arada özüm də Fuad müəllim kimi yol gedərkən o hərəkətləri edirəm.(gülür)Rəhmətlik anam mənə dedi ki, yəqin hansısa rolun üzərində fikirləşir.

Sonra eləoldu ki, mən İncəsənət universitetinə daxil oldum. Bizi 2 kursa böldülər. Birkursun rəhbəri Ağakişi Kazımov olacaqdı, o biri kursun rəhbəri isə FuadPoladov. Mən də istəyirdim ki, Fuad müəllimin rəhbəri olduğu kursa düşüm. Elə dəoldu. Birinci dərs günü idi. Qapı açıldı və içəri Azərpaşa Nemətov girdi.Hamımız dedik ki, müəllim, siz səhv gəlmisiniz, bizə Fuad Poladov dərs deyəcək.O da qapıya tərəf dönüb zarafatyana dedi ki, istəyirsinizsə, çıxım gedim. Dedikki, bizi kursa böləndə belə deyiblər. Azərpaşa müəllim dedi ki, Fuad Poladov buil dərs götürməyib deyə sizə mən dərs deyəcəm. Eyni zamanda da GülşadBaxşıyevadan dərs alırdıq.

Düşünürəmki, Fuad Polovun dünyasının dəyişməsi, böyük bir aktyor məktəbinin bağlanmasınasəbəb oldu. O, həm də maraqlı dost idi. Çox rahat danışırdı. Mən onunla söhbətdədaha çox çəkinirdim. Amma onunla söhbət edəndə bir də ayılırdım ki, biz onunladostcasına danışırıq. Onunla eyni səhnəni bölüşmək həqiqətən də qürurvericihiss idi.

- Fuad Poladovun həyat yoldaşı bu yaxındamüsahibəsində deyib ki, Fuad tamaşalara, filmlərə hazırlaşanda çox rahatolurdu. Yəni harda gəldi hazırlaşırdı, məşq edirdi Konkret bir otağa qapılıbhazırlaşmırdı. Bəs siz?

- Məndə də elədir. Sizinlə danışarkən belə hansısa obrazı beynimdəcanlandıra, o obraz haqqında paralel düşünə bilərəm.

- Filmlərə dəvət alırsınız?

- Açığıbir o qədər də yox, heç elə bir film də yoxdur axı ki, dəvət alım.

- Az da olsa dram filmləri çəkilir axı.

- Sonvaxtlarda dostumuz Kənan M.M bir filmə dəvət etdi, çəkildim. Sonra filməbaxanda nə özümü bəyəndim, nə də kimsəni.


- Filmlərə çəkilmək üçün özünüzdə bəlli etdiyiniz şərtlər,kriteriyalar varmı?

- Əslində olmamalıdır. Məsələn, teatrda bizim imtina etmək hüququmuzyoxdur, hansı obrazı verirlərsə, onu da oynayırıq. Amma filmə dəvət alanda,qonorarın azlığına görə, yaxud başqa səbəbdən imtina edə bilərik.

- Deməli, qonorardan razı deyilsiniz.

- Xeyr.Amma yoxa lənət. (gülür)

- Bəs, çəkilən filmlərdən razısınız?

- İndibiraz filmi kommersiya tərəfə yönləndiriblər. Komediya filmləri çəkilir. Mən dəhazırcavabam, zarafatcılam, yumor hissim var, amma o filmlərin heç birinə güləbilmirəm. Məsələn, filmdə hansısa zarafatı edirlər, sonra açıqlamasını verirlər.Siz bunu deyin, qoy açmasını tamaşaçı özü tapsın. Hərdən olur ki, KVN-nintamaşalarında gülməyə nəsə tapıram, həm də düşünürəm.

- Bəs, Rəfael və Coşqun?

- Onlaryaxşı aktyordurlar. İndi iş belə gətirib ki, onlar da bu yöndə özlərini inkişafetdiriblər. Onların fərqi bircə bundadır ki, iki adamlıq tamaşalar qururlar.

- Adətən, serialların tamaşaçı kütləsi daha çoxolur. Aktyorlarsa müəyyən qonorar xətrinə, daha çox tanınmaq naminə bəzən çoxbayağı seriallara çəkilirlər. Bu öz istedadına, sənətinə xəyanət deyilmi?

- Bəlkə də saymaq olar. Amma Rəfaellə Coşqunteatrın tamaşaçısının az olduğu müddətdə bu işə başladılar. Yəni tamaşıçınıteatra cəlb edə bildilər. Qaldı seriala çəkilməyə. Bir neçə il qabaq dövlət tərəfindənmaliyyə dəstəyi oldu, amma əksəriyyəti ortaya keyfiyyətli bir iş qoya bilmədilər.Bir bizim serial idi, "Pərvanələrin rəqsi”, bir də eyni kanalda "Sirr” serialı.Amma ən reytinq verən serial bizimki idi. Səs-küyə səbəb olmuşdu. Bu da Rövşənİsaxın və senaristin uğuru idi, heyəti düzgün yığmışdılar. Məsələn, o filmdə heç kim heç kimi vurmadı, silah işlənmədiki, tamaşaçını hadisələrə inandıra bilək. Mən ümumiyyətlə, gündəlik seriala çəkilməyətövbə eləmişəm. Çünki həftədə beş dəfə çəkilir, hər gün günün demək olar ki,çox hissəsini çəkilişdə olursan. Biz "zənci qul” deyilik ki.

- AzDrama-da son dövrlər çox söz-söhbətlər yayılır.Azərpaşa Nemətov haqqında da çox tənqidləroxuyuruq, sizcə bunun səbəbi nədir?

- Mənə belə şeylər gülməli gəlir. İnsanlar eşitdikləri şaiyələrə niyəinanır, niyə özləri bu haqda düşünmürlər? Öz adıma deyirəm, Azər müəllim mənimmüəllimim olub, ağsaqqallıq edib. O qısa müddətdə özünə qarşı bizimvalideynimizə olan sevgimizi qazandı. İnstititut illərindən sonra bizi, əməkdarartist Məsmə Aslanqızını, Şəlalə Şahvələdqızını teatra apardı. İlk dəfə,1999-cu ildə Elçinin "Mənim ərim dəlidir” tamaşasında mənə rol verdi. Mənim Azərpaşamüəllimdən bir insan kimi, ağsaqqal kimi narazılığım olmayıb. Olub ki, üstümüzəqışqırıb, acı söz deyib, biz onu böyüyümüz kimi, valideynimiz kimi qəbul eləmişik.Sonra görmüşük ki, düz eləyib. Fuad Poladovla onun münasibətinə gələndə isə,düşünmürəm ki, Fuad Poladov Azərpaşa müəllimlə münasibətlərinə görə teatrı tərkedib. Onu teatrdan heç kim uzaqlaşdırmayıb. Yadımdadır ki, axırıncı dəfə Qacarıoynayanda özünü nasaz hiss edirdi. Həmişə tamaşadan əvvəl, ya sonrahazırlaşdığımız otaqda görüşürdük, söhbətləşirdik. Eşitdim, dedi ki, növbətiŞah Qacar olmayacaq. Suallara isə cavab vermədi. Atam rəhəmətə gedəndə yasyerinə gəlmişdi, səsi tutulmuşdu. Həmin dövrdə mənim də səsim tutulmuşdu. Ovaxt xəstəlik gəzirdi, hamı virusdan şikayətlənirdi. Fuad müəllimə dedim ki,filan dərmanları içdim, yaxşılaşdım, bəlkə siz də edəsiz? O dedi ki, baxaram,Anar. Elə bilirdim ki, o da bizim kimi adi bir xəstəliyə yoluxub. Sən demə, elədeyilmiş.

Mənimatam da, anam da eyni xəstəlikdən dünyasını dəyişib. Atam yox, amma anam çox əziyyətçəkirdi, bunu çox biruzə verirdi. Fuad Poladovun yaxşı bir sözü var idi."Getdikcə bu xəstəliyi sevməyə başlamışam, onunla dostluq etməyə başlamışam”.Bunu demək üçün insanda güc lazım idi.

- Şair Vaqif Səmədoğlu haqqında belə bir yazıçıxmışdı. Ki, bir gün Vaqif qızına zəng edir. Deyir, gələndə mənə pivə al. Qızısoruşur ki, yanında çərəz kimi pendir alım, yoxsa, xərçəng? Vaqif deyir ki,qızım, pendir al, xərçəng özüm də var. Bu da Vaqif Səmədoğlunun öz xəstəliyinəmaraqlı yanaşması idi.

- Teatrınhər bir dövründə bu cür söz-söhbətlər olur və olacaq da. Amma mən bu söz-söhbətlərinmətbuata çıxarılmasını yaxşı qəbul eləmirəm. Teatr bizim ikinci evimizəçevrilib. Bir-birimizlə doğmalaşmışıq. Mənim teatrdan giley-güzarım da olsa,bunu mətbuatda gündəmə gətirmərəm. Bir dəfə İsrafil İsrafilovun dövründə olub,o da teatrdan kənar insanların teatra müdaxiləsinə reaksiya vermişdim. Özləriniağıllı sayırdılar. Mən onların tamaşanı yarımçıqqoyub getməklərini görmüşəm. Sonra da Gümrah Ömər premyera günügeyinib-kecinib səhnəyə çıxıb baş əymişdi. Həmişə fikirləşirdim ki, görəsən, reaksiya versəmnecə olar? Buna haqqım çatırmı? Amma sənətiolmayan, sənətdən anlamayan adamların belə müdaxilələrini görəndə, dedim ki,yox, haqqım çatır.

Jurnalisttənqid edə bilər, amma teatr işçisi, rejissor dəqiqəbaşı çıxıb teatr haqqındaağzına gələni danışa bilməz. Mənim yaşadığım Sovetskidə dostlarım var, onlarbiraz başqa cür böyüyüblər, bilirsiniz. Bir də görürəm ki, ailələri ilə biletalıb tamaşaya baxmağa gəliblər. Mən onlarda teatra sevgi yaratmışam. Təsəvvüredin, mən də çıxıb teatrımız haqqında ağzıma gələni danışıram, bəs necə olar?Deməzlər ki, Anar bizdə teatra sevgi oyadan adam idi, indi niyə belə danışır?

Misalçun,deyirik ki, ana müqəddəsdir, Azdrama da ana teatr sayılır. İnsan anası haqqındaazğına gələni necə danışa bilər?

- Hamınızın Hollivud filminə çəkilmək arzunuz var.

-Hollivud bizim xəyallarımızdır (gülür).

- Hollivud filminə pulsuz çəkilmək üçün dəvətalsanız, qəbul edərsiniz?

- Elə şey olmaz axı. Yəni deyirsiz ki, Hollivuddursa, vəssalam, pulsuzda çəkilmək olar? Elə şey olmaz. Hərhalda yaxşı qonorar verərlər. Düşünürəm ki, yaxın 5-10 ildə çətin belə bir şey başverə. (gülür)

- Erotik rollara təklif alsanız? Özünüzdə elə bir səddvarmı ki, açıq-saçıq səhnələrə çəkilmək olmaz?

- Bizdə belə şeyə mentalitet çərçivəsindən baxırlar, amma belə birqadağa olmamalıdır,. Yaratdığımız obrazın şəxsimizə aidiyyatı yoxdur.


- Bizim tamaşaçı obrazla aktyoru çox vaxt səhvsalır...

- Elədir.Vahid Mustafayevin "Qaydasız döyüş” filmində mənfi polis leytenantı obrazınıoynamışdım. Bir dəfə polislərlə möhkəm bir mübahisəm düşdü. Mənimlə zarafat eləməkistədi, amma uğursuz alındı. Düzü, mən də yüngül bir cavab verdim, mübahisəbiraz da böyüdü. Dörd nəfər idilər. Polislərdən bir nəfər salam vermədən dediki, polislərin adını batırırsan. Ona başa salmağa çalışdım ki, bu filmdir, axısənə bu qədər niyə təsir edir ki? Mən aktyor adamam, görmüsən, tanımısan, adambir salam verər, hal-əhval tutar. Özün də formadasan, səninlə artıq heç birsöhbət etmək olmur. Formanı çıxart, gedək, necə istəyirsənsə elə də danışaq.Axı, qalan üç nəfər heç danışmırdılar. O, nə demək istədiyimi başa düşdü, dahada əsəbiləşdi. Sonra məsələ həll oldu. Bəlkə də o obrazımın hansısa mənfixüsusiyyəti onun içində var idi deyə əsəbiləşmişdi.

Hətta bumənfi obrazı mənə tapşıranda aktyorlar da yığılmışdı, Vahid Mustafayev də ordaidi. Vahid müəllim rejissor Yaşar Əhmədovdan soruşdu ki, polis leytenantı RaufƏləsgərovu kim oynayacaq? Yaşar müəllim dedi, Anar Heybətov. Çevrilib mənəbaxdı, dedi, nəsə bu obraz ona uyğun deyil. Bu obrazı hündür, kobud, üzündən zəhrimaryağan bir adam kimi düşünürəm. Amma rejissor onu inandırdı. Vahid müəllimin sonsözü bu oldu ki, bütün aktyorları bəyəndim, yaxşı seçmisən, amma Anara səncavabdehsən. Açığı kollektivin içində bu sözü eşitmək yaxşı hiss deyildi. Pisolmuşdum.

Filminbirinci baxışında Vahid Mustafayev ayağa qalxdı, zala səsləndi ki, bu filmifilm edən Anardı. Onun bu sözü mənə ruh verdi, yaxşı təsir göstərdi. Müsahibələriminbirində demişdim ki, tamaşaçının nifrətini qazansam, bu mənim uğurum olacaq.Polisin o hərəkəti ilə rastlaşanda, əmin oldum ki, arzuma çatmışam.

- Anar bəy, bizim işimiz yazmaqdır amma hər zaman təriflənmirik.Bəzən təhqir də edirlər, bəzən söyürlər də. Bundan ən çox bizim ailəmiz ziyan çəkir.Siz belə bir hadisə yaşamısınızmı ki, sizə qarşı hansısa təhqir, hədə-qorxu gəlsinlər?Bu sizi narahat edərmi?

- İşimiailəmə qatmıram. Yalnız tamaşama gəlib baxanda, hansısa fikirlərini deyirlər, vəssalam.İndiyə kimi başqa nəyəsə şərait yaratmamışam. Ki, hansısa müsahibədə dediyimbir fikri müzakirə etsinlər. İstər ailəm, istərsə də qohum-əqrəbam.

- Xarici filmləri izləyirsinizmi, sevdiyiniz aktyorlar,rejissorlar varmı?

- Vaxtolduqca... Müqayisə edəndə, belə bir şey ortaya çıxır. O vaxt "Bakıfilm”in çəkdiyi"Yaddaş” serialında rol almışdım. 4 dost ermənilərə qarşı döyüşürdü. Atam rəhmətlikdedi ki, bu necə olur, 4 nəfərə bu qədər adamı qırdınız? Dedim, ay ata, necəolur ki, Rembo təkbaşına Vyetnamı dağıdır, inanırsan, amma buna inanmırsan?Düzdür, çəkilişlərdə fərq var. Əgər bunu mənim atam belə deyirsə, düşünürəm ki,onun kimi insanlar az deyil. Xarici aktyorlardan "Daşıyıcı” filmindən CesonStathamı bəyənirəm. Orada da fantastik şeylər var, amma maraqlıdır. TürklərdənSultan Süleymanı oynayan Xalit Ergenci bəyənirəm. Amma çox da vaxt olmur filmlərəbaxmağa.

- Axı sizin işiniz budur. Gərək film sahəsini dəizləyəsiniz.

-Düzdür. Biz bu cavabı verən ən çox aldığımız cavab bu olur.

- Bəs, öz filmlərimiz?

- Çoxistəyərdim ki, bizdə film adına film çəkilsin. Misalçun, Elxan Cəfərovun çəkdiyi"Dolu” filmi həqiqətən də son çəkilən filmlər içində ən yaxşı filmimizdir.


- "Yarımçıq xatirələr”i də çox adam sevdi.

- Açığıona baxa bilmədim. "Dolu”da rolum kiçikidi, amma o filmə çəkilməsəydim belə filmi yaxşı qarşılayacaqdım. O filminbaşlanğıcı adamı cəlb eləyir. Dolunun yağması, qrafika və s. Yəni Elxan bufilmi çox yaxşı işləyib. Son vaxt çəkilən "film”lərin adından film sözünügötürüb başqa sözlə əvəz etmək lazımdır.


Anar Heybətov Azdrama-nın səhnəsində "Kefli İsgəndər" obrazında