adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
01 Avqust 2019 10:46
21752
ƏDƏBİYYAT

Sən kimsən, Almaniya?

Səfər təəssüratları

... AncaqBerlinə kirayə maşın götürməyi qərara aldıq. Bu həm də benzinə xeyli qənaət etməkməqsədi daşıyırdı. Təxminən 700 kilometrdən artıq bir məsafəni qət etməli idik.

Yeni ilin səhərisi- yanvarın 2-də tezdən yola çıxacaqdıq. Kirayə maşını gətirənə qədər yubandıq.Bayram günü olmağı da bir tərəfdən. Xülasə, sənədləri qaydaya saldıq. Almanlarbu sahədə peşəkar və dəqiqdirlər, açığı, heç mənim bilmədiyim şeyləri onlarbir-bir izah edir, sənədləşdirirdilər. Axşamdan qar yağmışdı və hələ dəyağmaqda davam edirdi. Hava soyuq olsa da küləksiz idi, adama xoş gəlirdi.

Berlinə səfərimiziiki ay öncədən planlaşdırmışdıq. Burada dayım qızı Sevil xanım ailəsi iləyaşayır və işləyir. İxtisasca hüquqşünas olan Sevil xanım sosiologiya elmləriüzrə fəlsəfə doktorudur. Həyat yoldaşı da eynən. Düzdü, onlarla mütəmadi olmasada, iki-üç ildən bir Bakıda görüşürdük. Mənim Almaniyaya gəlişimdə görüşməyimizivacib saydı.

-Almaniyayagələsən, Berlini görməyəsən!

Yolçu yolundagərək!

Yola çıxırıq.Geniş, şüşə kimi düz və təmiz yollar! Göstəricilərə, işarələrə baxıb, üzüBerlinə - paytaxta gedirik. Yollarda radarların olduğunu öyrənmişdik, ancaqsağ-solumuzdan ötən maşınların sürəti bizimkindən yüksək idi. Buna baxaraq bizdə sürəti artırırıq. Saatda 150-180 kilometrlə gedirik. Bəri başdan onu deyirəmki, heç bir pozuntuya yol vermirik, çünki ünvanımıza cərimə kağızı gəlmədi.

İqlimAlmaniyada dəyişkəndir. Berlinə qədər dörd bölgədə qarla üzləşdik, qalan bölgələrdəgünəşli, aydın şaxtalı havalar hökm sürürdü. Yolboyu qəsəbə və kəndlər, şəhərlər,yaşıllıq gözlərimiz önündən keçirdi. "MacDonalds”lar, market və mağazalar o qədərdə çox deyil. Onların yanında istirahət üçün ayrılan yerlər, yanacaqdoldurma məntəqələrivar. Yanacaqdoldurma məntəqələrində kimsə çalışmır. Sən özün düşməli, mağazadapulu ödəməli və benzini doldurmalısan. Hər şey monitorla idarə olunur. Bu mənimüçün qəribə idi. Belə izah edirdilər ki, açıq havada, soyuqda, yağışda, qarda istidəinsanın çalışması onun sağlamlığı üçün təhlükəlidir.

Qeyd etdiyim kimi, yollarda hamı az benzinişlədən yüngül maşınlardan istifadə edir. Nadir hallarda iri çaplı "Cip”lərə,”Hyundai”lararast gələ bilərsən.

Hansıyolla hərəkəti, hansı banla getməyi mobil telefonların istifadəsindən müəyyənetmək olurdu. Buna ümidlə yolda narahatçılığımız yox idi!

Məsafəni qət etdikcəHamburq, Leypsiq və başqa şəhərlərinsağ-sola istiqamətlənmiş lövhələri arxada qalırdı. Podsdam şəhərinin(tarixi konfrans olan şəhər) Berlinlə ara məsafəsi çox azdır - cəmi 10kilometr. Podsdamı sağda qoyub sola - paytaxt Berlinə gedirik. Mobil telefonaSevil xanımın ünvanı yazılır və biz göstəricilərlə onların evlərinə çatırıq.Almaniyada ən çətin məsələlərdən biri avtomobillərin park olunmasıdır ki, biz dəbu problemlə üzləşdik. Dayanacaqlar çoxdu, ancaq evdən aralı məsafədə yerləşir.

Binaların ətradında soyuqhava uda-uda axtarırdıq və axır ki, yaxınlıqdakı küçədə uzun maşınkarvanlarının arasında boş yer tapdıq. Elə düşündük ki, kimsə bu yeri təzəboşaldıb...

Sevil xanım gülə-gülə sözlədiki, Berlin kriminal şəhərdir. Burada hər cür oğurluq və cinayət hallarına rastgəlmək olur,özü də tez-tez. Sergey də bunu təsdiqlədi, hələ misallarda çəkdi vəbu mənə qəribə gəldi. Bu hal mənə yad deyildi və maşını icarəyə gətirəndə, sənədləşməzamanı almanların özləri etiraf etmişdilər.

Sevil xanım danışırdı ki,qonşuları ezamiyyətdə olur, xanımı isə hamilə imiş. Taksi ilə hava limanındanqayıdanda kişi görür ki, maşınını iki nəfər sürüb aparır. Taksidən xahiş edirki, maşının arxasınca sürsün. Sürücümaşını İsveçrə ilə sərhəddə qədər sürür. Yolda qonşu polisə zəng edir ki,maşınını iki nəfər oğurlayıb, heç cür saxlaya bilmirlər.

­- Maşının sığortası var? – Polis soruşur.

-Var.

- Onda təqib etməyin. Gəlin təzə maşın götürün.

Mən heyrətlənir,qayda-qanunun zərgər dəqiqliyi ilə riayət olunduğu bir ölkədə belə hallarınolmasını təsəvvür edə bilmirdim.

Nəysə, Berlində Sergeylə pivə və araqdan könül xoşluğu ilə içib, təmtəraqlısağlıqlar dediyimiz Avropa və Azərbaycan arasında fərqli cəhətləri aşkaretdiyimiz tarixi faktları araşdırdığımız, mübahisəli məsələləri çizdiyimiz gecəninsəhərisi tezdən oyanıb acqarına papiros yandırdım və kirayə maşınımıza baxmağaqərar verdim. Çatanda nə görsəm yaxşıdı? Maşının şüşələri çilik-çilik olub.Nitqim tutuldu. Dalbadal düzülən maşınlardan təkcə bizimki qarət olunmuşdu.Hamımız həyəcan içindəydik. Polisə zəng vurub vəziyyəti anlatdıq.

-Bizim cəmi 8işçimiz var və bu işlə məşğul olmağa vaxtımız yoxdu, maşını şöbəyə gətirin!

Yeni sığorta dadımıza yetdi. Sındırılmış maşınıalıb, yenisini verdilər. Artıq canımızı qara qorxu almışdı. Maşını saxlama məntəqəsindəsaxladıq və xərcə-borca baxmadıq, Berlini piyada və ictimai nəqliyyatla gəzdik.

Metro ilə iki stansiya getdikdən sonra pillələriqalxıb sürət qatarına mindik və Berlinin ən görməli yerlərindən olan, hamınınsevdiyi məkana – zooparka getdik. Biletlər böyüklər və zəngin fauna və florayamalikdir. Məhz bu zənginliyin və baxımlılığın hesabına bura gələnlərin sayıhesabsızdır. Mən burada bir neçə Azərbaycan dilində danışanlarla rastlaşdım.

...Zooparkla üzbəüz isə Böyük Vətən müharibəsinincanlı şahidi - əzəmətli arxitekturaya malik kilsə binasının əl toxunmadansaxlanıldığı binanın şəklini çəkdim. Müharibənin sonlarında Berlinin süqutundansonra bombardmana məruz qalmış kilsənin uçulmuş vəziyyətdə saxlanması yeni inşaolunmuş binaların arasında o dəqiqə diqqəti çəkir.

Axşamüstü Sergeylə şəhəri piyada gəzmək imkanıqazanmışıq. Tarixi, keçmişi dərindən və dəqiqiliyi ilə bilən, güclü yaddaşamalik poliqlot Sergey Berlin divarlarının uçulmuş, lakin nişanə kimi saxlanılanxətlərini göstərir. Bu xətlərin üstündə ucaldılmış hasarlar vaxtilə Almaniyanıiki qütbə - sosializmə (Almaniya Demokratik Respublikası) və kapitalizmə(Almaniya Federativ Respublikası) ayırmışdı. Yolüstü fin evlərinə bənzərtaxtadan tikilmiş alçaq birmərtəbəli evləri göstərən Sergey dedi ki, Almaniyanınkansleri Merkel bu evlərdən birində yaşayırmış, indi də o evdə yaşayır və işə...piyada gedir. Onun evi ilə idarənin arası o qədər də uzaq deyil.

Mən bu səfər təəssüratlarında uzunçuluq etmək,Almaniyanın keçmişi, bu günü, dünya siyasətində rolu və hegemonluğu, I və IIDünya müharibəsinin başlanmasının səbəbkarı, rəqəmlər, faktlar haqqında uzun-uzadıdanışmaq fikrindən uzağam. Ancaq II Dünya müharibəsindəki məğlubiyyətdən sonrakeçən 70 illik bir dövrdən sonra Berlinə səfər edən bir tarixçi və yazıçı kimiöz mövqeyimi bildirməyi borc hesab edirəm. Söhbət Reyxstaqdan gedir. Mənə elə gəlirki, Berlinə səfər edən hər bir əcnəbi vətəndaş bu tarixi məkana baş çəkməyi ilknövbədə plana salmalı, dünyanı lərzəyə salan, neçə yüz minlərlə insanın məhvinəfərman verən ali qanunvericilik binasına baxmağı bəlkə də özünə borc bilməlidir.Mən də eləcə!

Və Berlində metrodan çıxıb. Üzü cənuba tərəf addımlayanmüxtəlif rəngli insanların arasında onu düşünürdüm ki, dörd il davam edənmüharibənin son nöqtəsi məhz burada – Reyxstaqın alınması ilə başa çatıb. Onubilirdim ki, Rexstaqa ilk çatan əfsanəvi 416-cı Taqanroq diviziyası məhz azərbaycanlılardantəşkil olunub. Son döyüşdə - Reyxstaqın ələ keçirilməsində nə qədər əsgər vəzabitlərimiz həlak olublar? Təsəvvür edəndəki, dörd il qanlı döyüşlərdə salamat qalıb, faşizmin son nöqtəsi Reyxstaqaçatasan... və ömrünü fəda edəsən! Bu dəhşətli idi və üstündən 70 ildən artıqbir vaxt məsafəsində mənim ürəyimi ağrıdan və tüklərimi biz-biz edən bir amilidi.

Gecə.İşıqlar yanır. Reyxstaqın bütün mərtəbələrində də! Biz belə planlaşdırmışdıqki, elə Reyxin qabağındakı pivəxanada pivə içib, bilet alar və binaya baxarıq.Pivəxanada bağlı idi, qəribəydi! Bilet kassaları da bağlanmışdı. Hər haldaBrandenburq qapılarında Rexystaqın girəcəyində şəkil çəkdirib geriyə - pivəxanayatələsdik.

Onu qeyd etmədim axı, Almaniyada pivə içmək bəzənadamı bəzi mətləblərdən uzaq salır. Reyxstaqı təsəvvürümdə bir adaya bənzətdim.Fərqi yoxdur quru və, ya sulu! Necə? Metrodan azacıq irəliləyən kimi sağdaİngiltərə və Fransanın, solda isə SSRİ-nin (İndiki Rusiyanın) bu ölkədəki səfirliklərininbinaları yerləşir. Amerika səfirliyi isə irəlidə - Reyxstaqı ötəndən sonradı.Bu dövlətlərin Almaniyadakı səfirliklərinin binaları Reyxi hər tərəfdən mühasirəyəalıb və binaların böyüklüyü ilk növbədə diqqəti özünə cəlb edir. Fikirləşdimki, Rusiya səfirliyinin əməkdaşlarının sayı maksimum həddə yüz nəfər alar,ancaq səfirliyin binası o qədər böyükdür ki, burada neçə minlərlə insanın izləməsinəməkan çatar. Eləcə də Fransanın, ABŞ-ın, İngiltərənin. Şəxsən mənə çox maraqlı,qəribə və cavabsız sual kimi qaldı ki, bu böyüklükdə və uzunluqda səfirlikbinaları nəyə gərəkdir?

Almaniya tarixi baxımdan Avropanın, eləcə dədünyanın inkişaf etmiş nəhəng dövlətlərindən biridir. XX əsrdə iki dəfə Dünyamüharibələrini başlayıb və sonda... mübarizələrdən məğlub kimi ayrılıb. Bunlarayrıca bir söhbətin mövzusudur, tarix dərsləri açmağa ehtiyac yoxdu. Ari irqkimi özlərini dünyaya tanıtmaq istəyən almanların arzuları həyata keçmədi. Arzuarzu olaraq qaldı. Buna baxmayaraq onların ariliyi qeyri-rəsmi olsa da qəbuledilir. Almanlar özlərini çox sevir və insanı yüksək dəyərləndirirlər. Odur ki,müxtəlif rəngli insanların qarışqa kimi qaynaşdığı Berlin şəhərindəçalışanların əksəriyyəti imiqrantlardır. Avropadan, Asiyadan, Afrikadan gələnlərqara işlərin görülməsində əsas rol oynayırlar. Orta, ali mərtəbələrdə, uşaqbağçalarında, tikinti sahəsində çalışanların əksəriyyəti almanlar deyillər.

Rumıniyadan, Macarıstandan, Türkiyədən, keçmişYuqoslaviya ölkələrindən mütəxəssis və işçilər tikinti işlərini aparırlar. Elmisahələrdə, təhsildə və səhiyyədə Avropa ölkələri ilə yanaşı Asiyadan gələnlərinsayı da çoxluq təşkil edir. Berlin şəhərində dünyanın əksər ölkələrindənolanlara rast gəlirsən. Elə xarici görkəmindəncə hiss edirsən ki, kim kimdir.Qara dərili, sarışın, qıvrım saçlı, qıpıq göz...

-Sizinlə ingilisdilində danışmaq olarmı?

Bu sual Almaniyada ən çox müraciət formasıdır. Əksərən ingilis dilinibilənlər hansı yeri, ya nəyisə soruşub öyrənmək istəyirlərsə, bu sualı verməyəməcburdurlar, çünki almanca danışmaqda çətinlik çəkirlər. Soyuqqanlı almanlar,ya da qeyriləri əhvallarına uyğun hərəkət edirlər, çox vaxt kömək etməyəçalışırlar. Tələsənlər isə soruşana məhəl qoymadan sürətli addımları iləyollarına davam edirlər. Böyük Vətən müharibəsində dağıdılmış və bugünədək uçuqvəziyyətdə saxlanılan alman kilsəsinin yaxınlığındakı zooparkda mən Azərbaycandilində danışan iki ailə ilə rastlaşdım. Doğma dilində sözləri eşitmək çox xoşidi. Ancaq, sən demə, Almaniya təkcə almanları yox, burada yaşayan qeyri-millətləridə soyuqqanlı edirmiş.

"- Vaxt qızıldır!” – bu sadə və dərin məzmunlu kəlamı ingilislərin, yəhudilərin,almanların, azərbaycanlıların adına çıxırlar – zənnimcə almanlar bu işdə zərgərdəqiqliyi nümayiş etdirirlər. Hər kəs başını aşağı sallayıb, öz işi ilə məşğulolur, başqa işlərə, başqalarının işlərinə demək olar ki, qarışmırlar. Kim neylədi,kim kimə nə dedi, o, ona nə cavab verdi... Almaniya və almanlar belə şeylərdənçox uzaqdılar, odur ki, qeybət söhbətinə rast gəlməzsən. Var-dövlət toplamaq,bahalı əşyalar yığmaq, möhtəşəm villalar tikdirmək, qızıl-zinət əşyaları gəzdirməkdə almanlara yaddır. Sadə geyinmək! İnsanlara geyim-keciminə, bahalı maşınınagörə qiymət vermək ağlagəlməyən bir işdir. Almanlar savadlı, bacarıqlı, təşəbbüskar, ideyalı insanlara yüksək qiymət verir,onları işə dəvət edirlər.