adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
06 Fevral 2016 20:16
6008
DÜNYA

Sement daşıyan maşın avtobusla toqquşdu - 41 ölü

Bu gün Hindistanın cənubunda baş vermiş yol qəzası faciə ilə nəticələnib. Avtobusla sement daşıyan maşının toqquşmasında 41 nəfər həlak olub, daha bir neçə nəfər xəsarət alıb.

Adalet.az «Hindustan Times» qəzetinin «Twitter» hesabında paylaşılan xəbərə əsasən bildirir ki, Gucarat ştatında baş vermiş qəzada yaralananların bəzilərinin vəziyyəti kritikdir və ölü sayı arta bilər.

Qəza anında avtobusda 45 nəfərin olduğu bildirilir. Hadisənin səbəbləri hələlik məlum deyil.