Şəkidə maskalı şəxslər evə basqın etdilər - VİDEO

Şəki rayonunun Kiçik Dəhnə kəndində gecə saatlarında mənzillərdən birinə daxil olan maskalı şəxslər ev sahibinin əl-qolunu bağlayaraq kəsici alətlə ona hədə-qorxu gəlib pulunu ələ keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Adalet.az-a verilən məlumata görə, Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən 40 yaşlı Anar Sadıqov və tanışı 47 yaşlı Tural Əsədov müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Araşdırmalar davam etdirilir.
Digər Xəbərlər

Abşeronda 51 yaşlı qadın qətlə yetirildi - Qaynı saxlanıldı - YENİLƏNİB

Finlandiyada öldürülən azərbaycanlı qadın hamilə imiş...

Daha bir kiberdələduz saxlanıldı

Cinayətdə şübhəli bilinən 32 nəfər saxlanıldı

Polis qaçaqmalçılıqla ölkəyə gətirilən 10 kq narkotik aşkarladı - VİDEO

"Kriti Vüsal Masallinski" saxlanıldı - DİN-dən əməliyyat

Azyaşlını zorla dilənçiliyə sövq edən şəxs həbs edildi
