Polis qaçaqmalçılıqla ölkəyə gətirilən 10 kq narkotik aşkarladı - VİDEO

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat həyata keçirilib.
Adalet.az xəbər verir ki, tədbir zamanı əvvəllər məhkum olunmuşlar - İlkin İsmayılov, Elgin Rzayev və Elvin Quliyev şübhəli bilinərək saxlanılıblar. Onlardan 5 kiloqramdan artıq marixuana və 4 kiloqramdan artıq həşiş aşkarlanaraq götürülüb. Saxlanılan şəxslər öncədən əlbir olaraq İrandan qaçaqmalçılıq yolu ilə ölkəyə narkotikləri gətirərək satışını təşkil etməyi planlaşdırıblar.
Faktla bağlı cinayət işi başlanılıb, barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.
Digər Xəbərlər

Abşeronda 51 yaşlı qadın qətlə yetirildi - Qaynı saxlanıldı - YENİLƏNİB

Finlandiyada öldürülən azərbaycanlı qadın hamilə imiş...

Daha bir kiberdələduz saxlanıldı

Cinayətdə şübhəli bilinən 32 nəfər saxlanıldı

Şəkidə maskalı şəxslər evə basqın etdilər - VİDEO

"Kriti Vüsal Masallinski" saxlanıldı - DİN-dən əməliyyat

Azyaşlını zorla dilənçiliyə sövq edən şəxs həbs edildi
