Şəhid atası: “Onun sayəsində hamı bir yerə yığılırdı, ağıllı söhbətlər...”
“Elə indi mən də bu acı xəbəri alandan çox sarsılmışam. Məşədi Dadaş məscidinə gedirəm. Hacı Şahinlə tez-tez görüşürdük, gözəl insan idi. Mahir həmin vaxtlar Məşədi Dadaş məscidinə gedib-gəlirdi, Hacı Şahin onun kumiri idi. Onun sözlərinə, məsləhətlərinə çox qulaq asardı”
Bunu Adalet.az-a açıqlamasında 2016-cı il Şanlı aprel döyüşlərində şəhid olan əsgər Mahir Mirzəyevin atası Sabir Mirzəyev deyib. Şəhid atası Hacı Şahinin daim onları diqqətdə saxladığını bildirib:
“Sonra mən də Məşədi Dadaş məscidinə getdim və gördüm ki, insanlara çox tərbiyəvi söhbətlər edir. Bu illər ərzində onun xütbələri sayəsində çox insanlar düz yola gəlib, pis vərdişlərdən çəkiliblər. Hacı Şahin çox sadə insan idi. Mahirin dəfnində də iştirak etdi. Həmişə də bizə maddi və mənəvi dəstək olub. Daim yanımızda idi. Bu xəbəri qəfil eşitdim və dəqiqləşdirənə qədər inanmadım ki, belə olsun. Hacı Şahinin işi çox olurdu, özü də çox sadə adam idi. Allah rəhmət eləsin, ruhu şad olsun. Bu gün Azərbaycanda orta təbəqədən olan insanlara çox böyük ziyan dəydi. Onun sayəsində hamı bir yerə yığılırdı, ağıllı söhbətlər, məsləhətlər eşidirdi. Çox böyük itkidir”.
Vasif Əlihüseyn
Digər Xəbərlər
28 Sentyabr 2026 23:43
16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
28 Sentyabr 2026 11:07
Yük maşını sürücülərinə xəbərdarlıq: Bunları etməyin
28 Sentyabr 2026 10:13
Bakıda yeni tunel inşa ediləcək - VİDEO
27 Sentyabr 2026 16:58
Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub - FOTOLAR
27 Sentyabr 2026 12:05
DİN-in şəxsi heyəti şəhidlərin xatirəsini andı - VİDEO + FOTOLAR
26 Sentyabr 2026 23:03
Deputatla qalmaqal yaşayan qarpız satan işinə qayıtdı
26 Sentyabr 2026 13:18
Azad edilmiş ərazilərdə şəhərsalma ilə bağlı hansı işlər görülüb? - Açıqlandı
26 Sentyabr 2026 12:42


Bakı -°C

