Səddam Hüseynin əsgərləri tərəfindən mühasirəyə düşən CƏRRAH
Gino Strada italyan cərrahdır. Gino 1988-ci ildən Pakistan, Efiopiya, Peru, Tayland, Cibuti, Somali və Bosniyada cərrah işləyib. 1994-cü ildə isə o, Ruanda soyqırımı zamanı Ruandada idi. Daha sonra müharibə və aclıq olan digər yerlərdə İraqda, Kambocada, Eritreya və Afrikanın digər yerlərində olub.
Gino Strada öz ölkəsindən uzaqda, dünyanın 30 fərqli ölkəsində, milliyətindən, cinsindən asılı olmadan xəstə və köməyə ehtiyacı olan insanlara təmənnasız kömək edib. Bu qaydada həkim Gino minlərlə cərrahi əməliyyat həyata keçirib və minlərlə insanın həyatını xilas edib.
Həkim İraqda Səddam Hüseynin əsgərləri tərəfindən mühasirəyə düşdüyü vaxt infarkt keçirmişdi. O, illər sonra (2021) növbəti dəfə infarkt keçirərək həyatını itirib.
Gino Strada bir müsahibəsində bildirib:
"Əgər hər hansı bir insan hazırda ağrı çəkirsə, xəstə və ya acdırsa, bu hamımızı narahat etməlidir. Çünki bir insanın əzab çəkməsinə məhəl qoymamaq, narahat olmamaq özü zorakılıq və qorxaqlıqdır."
Eminquey
Digər Xəbərlər
06 Yanvar 2026 21:00
Bu terror təşkilatları dərhal ləğv edilməlidir - Yaşar Gülər
06 Yanvar 2026 20:50
Maduronun oğlu atasından danışıb ağladı - VİDEO
06 Yanvar 2026 20:32
Pezeşkian tənqidlərə Azərbaycan dilində atalar sözləri ilə cavab verdi - VİDEO
06 Yanvar 2026 20:04


Bakı -°C

