adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
19 Mart 2018 12:38
63485
MÜSAHİBƏ

“Seçkilərin azad və demokratik keçməsi üçün münbit şərait formalaşdırılıb”- Cavid Osmanov

Millət vəkiliCavid Osmanov "Ədalət” qəzetinə müsahibə verib. O müsahibəsində regiondavə ölkədə baş verən ictimai-siyasi hadisələrə və prezident seçkilərinə hazırlıqlabağlı məqamlara toxunub. Həmin müsahibəni sizə təqdim edirik.

-Cavid müəllim.Rusiyada prezident seçkiləri keçirildi və Putin yenidən bu posta yiyələndi.Növbəti illərdə Rusiya Azərbaycan münasibətlərini necə görürsünüz?

-Rusiyada keçirilən seçkilərlə bağlı ilk öncə onudemək istərdim ki, bu seçki demokratik şəraitdə baş tutdu. Prezidentliyə namizədlərinçoxluğuna baxmayaraq Putin bu marafondan qalib ayrıldı. Putinin rəhbərliyialtında Rusiya Azərbaycan münasibətləri daim inkişaf edib. Rusiya prezidentininbir başa iştirakı ilə Ermənistan və Azərbaycan prezidentlərinin görüşləri təşkiledilib. Dağlıq Qarabağ münaqişəsinin nizama salınması, bu münaqişədə Azərbaycanınhaqlı mövqeyinin qorunması təmin olunub. İki ölkə arasında ticarət dövriyyəsininartması iqtisadi əlaqələrin də inkişafından xəbər verir. Bu gün Azərbayanbrendi olan məhsullar Rusiya bazarına asanlıqla yol tapır. Eyni zamanda kənd təsərrüfatıməhsullarının da Rusiya bazarına çatdırılması iqtisadi sahədə birgə əməkdaşlığıntərənnümüdür.

- Cavid müəllim.Rusiyadan fərqli olaraq Ermənistandarəhbərlik dəyişdi. Bir Sarkisyan getdi, digərSarkisyan prezident seçildi. Armen Sarkisyan dönəmində Ermənistanınqeyri-konstruktiv yoldan əl çəkməsini nə dərəcədə şərtləndirəcək?

-Ermənistanda sosial-iqtisadi vəziyyətin acınacaqlıolması hər kəsə məlumdur. Bunun da kökündə həm Azərbaycanla olan münasibət eynizamanda Türkiyə ilə sərhədlərin bağlı olmasıdır. Artıq əhali acınacaqlı vəziyyətləbarışmır. KİV-lərdə də izləyirik ki, işğalçı ölkədə mitinq və digər etirazaksiyaları təşkil olunur. Serj Sarkisyan vəziyyətin gərgin olduğunu görüb ArmenSarkisyanın prezident olmasına razılıq verdi. Ermənistanda Rusiya və digər ölkələrdənfərqli olaraq prezident seçilmir. Təyin olunur. O cümlədən Armen Sarkisyanın daprezident seçilməsini yox təyin olmasını demək daha uyğöun olar. Qarşıda uzunbir yol var. Armen Sarkisyan ilk öncə ölkə daxilində sosial ədaləti təmin etməlidir.Ölkə iqtisadiyyatını ayaq üstə qaldırmalıdır. Bununla yanaşı Dağlıq Qarabağmünaqişəsinin həllini sürətləndirməlidir. Müqanişə ilə bağlı Azərbaycanın qətiyyətlimövqeyini anlayan Ermənistan rəhbərliyi yaxın vaxtlarda bu istiqamətdə əməliaddım atacağını gözləmək olar.

-Cavid müəllim Azərbaycanda2018-ci ilin geridə qalan zaman kəsimi ilə bağlı nə deyə bilərsiniz?

- Cari ilin geridə qalan müddəti ərzində ölkədəsiyasi sabitlik qorunub saxlanılır. İqtisadi sahədə ciddi canlanma müşahidəolunur. Bu il üçün qarşıya qoyulan vəzifələr uğurla icra olunur. Azərbaycanınbir sıra beynəlxalq siyasi tədbirlərə ev sahbliyi etməsi, beynəlxalq layihələrinreallaşdırılması və bildiyiniz kimi dövlət başçısı cənab İlham Əliyevin müfaviqsərəncamları ilə ayrı-ayrı qurumlarda çalışan insanların əmək haqqlarınınartırılması bu demiklərimizi əsaslandırmağa zəmin verir. Qarşıda prezidentseçkiləri gəlir. Aprel ayının 11-də keçiriləcək seçkilərə maraq olduqca yüksəkdir.Yerlərdə olan seçicilərin prosesdə aktiv iştirakının təmin olunması, seçkimaarifçiliyinin aparılması istiqamətində mütəmadi addımlar atılır. Gənc seçicilərinprosesə cəlb olunması, və ən əsası hər zamankı kimi azad və demokratik seçkininkeçirilməsi üçün aidiyyatı qurumların gördüyü işləri yüksək dəyərləndirməklazımdır. Yeni Azərbaycan Partiyası da seçkilərə ciddi hazırlıq prosesini həyatakeçirir. Partiyanın bununla bağlı xüsusi planları var. Bu planlar isə təkcəseçki vaxt üçün nəzərdə tutulmayıb. Məqsədimiz odur ki, hakim partiya olaraq Azərbaycandademokratik seçkilərin keçirilməsini təmin edək, hər bir vətəndaşımız öz suverenhüququndan səmərəli istifadə edə bilsin. Artıq yerlərdə bununla bağlı ciddi işlərgörülür. Təmsil olunduğum Ağdaş rayonu üzrə bir sıra tədbirlər keçirilir. Ağdaşrayonundan olan seçicilərin seçkidə iştirakının təmin olunması istiqamətindəmaarifləndirmə işi aparılıb və bu işlər bu gün də davam edir. Onu da diqqətinizəçatdırım ki, Ağdaş rayonundan olan seçicilər Yeni Azərbaycan Partiyasının namizədiİlham Əliyevə səs verəcəklərini bəyan edirlər. Onlar son zamanlar İlhamƏliyevin rəhbərliyi altında həyata keçirilən işləri yüksək dəyərləndirir vənövbəti 7 ildə də Azərbaycanın daha da inkişaf etməsi, yüksək tərəqqi qazanmasıyolunda cənab İlham Əliyevin siyasətinə səs verəcəklər. Aparılan müşahidələr dəonu deməyə əsas verir ki, Yeni Azərbaycan Partiyası qarşıdan gələn seçkilərinqalibi olacaq.

-Azad və demokratik seçkinin keçirilməsi istiqamətindəatılan addımları necə dəyərləndirirsiniz?

- İstəniləndövlətin inkişafında demokratik və şəffaf seçkilər böyük rol oynayır. Çünki vətəndaşlarseçkilərə qatılmaqla cəmiyyətin ictimai-siyasi həyatında iştirak etmək hüququqazanırlar. Dövlətin idarə olunmasında iştirak hüquqları da məhz seçkilər vasitəsiləəldə edilir. Şəffaflıq, ədalətlilik və obyektivlik demokratik seçkilərin əsasşərtləri hesab edilir. Təbii ki, biz aprelin 11-də keçiriləcək prezident seçkilərindədə bunun şahidi olacağıq. Bundan ötrü mükəmməl hüququ bazamız, beynəlxalqstandartlara cavab verən demokratik Seçki Məcəlləmiz var. Bu vaxta qədərkeçirilən bütün seçkilərdə hər hansı bir insidentin, seçkinin nəticəsinətəsir göstərməyən qanunsuzluğun baş verməməsi də seçkilərin demokratik keçirilməsindənxəbər verir. Bunu seçkiləri müşahidə etmiş beynəlxalqekspertlər də təsdiqləyir.


ƏdilƏdilzadə