Sarkisyan Baş Qərargah rəisinin istefasını ikinci dəfə imzalamadı
Ermənistan prezidenti Armen Sarkisyan Baş Qərargah rəisi Onik Qasparyanın istefası ilə bağlı baş nazir Nikol Paşinyanın təkrar müraciətini imzalamayıb.
Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, bunu prezidentin mətbuat xidməti bildirib.
Qeyd olunur ki, prezident Konstitusiya Məhkəməsinə müraciət edib.
Xatırladaq ki, ötən həftə Onik Qasparyan bəyanat yayaraq N.Paşinyanı istefa vermyəə çağırmışdı.
Bunu dövlət çevrilişi cəhdi kimi qiymətləndirən baş nazir generalı işdən azad etdiyini demiş və müvafiq müraciəti imzalanması üçün prezidentə göndərmişdi.
A.Sarkisyan Baş qərargah rəisinin istefaya yollamaqdan imtina etmişdi.
Digər Xəbərlər
02 May 2024 16:00
Gürcüstan parlamenti iclası təxirə saldı
02 May 2024 15:32Kılıçdaroğlu üçün həbs cəzası istənildi
02 May 2024 12:24Rəcəb Tayyib Ərdoğan səkkiz il sonra CHP lideri ilə görüşəcək
02 May 2024 11:20Kolumbiya İsraillə diplomatik əlaqələri kəsir
02 May 2024 11:18