Saqqallı kişilərin nəzərinə! - Bakteriya mənbəyi imiş

Yoluxucu xəstəliklər üzrə mütəxəssis Olqa Tsarenko saqqallı kişilərdə gigiyena qaydalarına əməl olunmadıqda yaranan sağlamlıq riskləri barədə xəbərdarlıq edib.
Adalet.az xəbər verir ki, onun sözlərinə görə düzgün təmizlənməyən saqqal bakteriya, göbələk və virusların toplanması üçün əlverişli mühit yaradır ki, bu da dəri infeksiyalarına və iltihabi proseslərə səbəb ola bilər.
Mütəxəssis qeyd edib ki, xüsusilə isti havalarda və tərləmə artdıqda bu risk daha da artır. Tibbi və qida sahəsində çalışan şəxslərdə saqqal maskaların dəriyə tam oturmasına mane olur və infeksiyadan qorunmanı çətinləşdirir.
Tsarenko bəzi hallarda saqqalda stafilokok, streptokok və kandida göbələklərinin aşkarlandığını da bildirib. Onun sözlərinə görə, bu mikroorqanizmlər ağız, burun və gözlərə keçərsə, orqanizmdə ciddi infeksiyalara səbəb ola bilər.
Mütəxəssis saqqal saxlayanlara gündəlik gigiyena, xüsusi təmizləyici vasitələrdən istifadə və dəri problemləri yaranarsa mütəxəssisə müraciət etməyi tövsiyə edib./Milli.az
Digər Xəbərlər

Kondisioner niyə bəzi insanlara pis təsir edir?

Uşaqların bu yaşda dənizdə çimməsi təhlükəlidir - Həkimdən xəbərdarlıq

Yuxusuzluqdan əziyyət çəkənlər nə etməlidir? - Dietoloqlardan məsləhət

“Liver International”: Böyrəklər hepatit E virusunu gizlədə bilər

Yayın xiyar-pomidor salatı barədə - XƏBƏRDARLIQ

İsti hava ilə bağlı şəkər xəstələrinə XƏBƏRDARLIQ! - Bu qaydalara əməl edin

E.YAQUBOV: VƏTƏNİM AZƏRBAYCAN ƏN BÖYÜK SEVGİMDİR...
