28 Iyul 2025 17:32
153
DÜNYA

Tramp Putinə 10 gün vaxt verdi - YENİLƏNİB

"Putinə verdiyim 50 günü qısaldacağam".

Adalet.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp jurnalistin Vladimir Putinə Ukraynadakı münaqişənin həlli üçün verdiyi 50 günü nə qədər azaltmaq niyyətində olması ilə bağlı sualına cavabında deyib. 

O, əlavə edib ki,  bu gündən etibarən həin müddət  10-12 günə edib. 

Tramp əlavə edib ki, o, Rusiya prezidentinə 50 gün verməklə Putinə çox səxavətli olub.

 

***

ABŞ prezidenti Donald Tramp bildirib ki, o, Ukraynadakı münaqişənin həlli ilə bağlı razılığın əldə olunması üçün əvvəllər elan etdiyi 50 günlük müddəti qısaltmaq niyyətindədir.

Adalet.az xəbər verir ki, o, bunu Şotlandiyada Böyük Britaniyanın baş naziri Key Starmerlə görüşdən əvvəl jurnalistlərin suallarını cavablandırarkən deyib.

"Mən bu 50 günü daha qısa bir rəqəmə endirəcəm", - ABŞ lideri qeyd edibş 

İyulun 14-də Tramp bildirib ki, ABŞ Rusiyadan narazıdır və Ukrayna məsələsi 50 gün ərzində həll olunmazsa, “çox sərt tariflər” tətbiq etməyə hazırdır.