28 Iyul 2025 15:17
115
HADİSƏ

AĞASƏLİM KİŞİNİN OTELİNİ SÖKDÜLƏR

Əvvəllər bu otel «Azərbaycan» adlanırdı, sonra adını dəyişib elədilər «Naxçıvan». Deyəsən, bu oteli Paolo Pərviz aldı, o da adını  qoydu «Hyatt  Regensy». Sonra Ulu Öndər  bu məsələyə qarışdı, «Naxçıvan» adını yenidən bərpa elədilər, otel oldu «Naxçıvan – Hyatt Regensy».

Bütün Bakı bilir ki, bu otelin sahibi rəhmətlik Ağasəlim kişi idi. Ağasəlim kişi milyarder İsgəndər Xəlilovun atası idi. Otellə üzbəüz körpünün sağ tərəfində Ağasəlim kişi bir «Çənlibel» restoranı da tikdirmişdi. Sonra Bakı Sovetinin o vaxtkı sədri Aydın Məmmədovu bu restoranda KQB-nin polkovnikləri əməlli-başlı çırpmışdılar.

Bundan  əsəbləşən Aydın Məmmədov restoranı bağlatdı və yerində şahmat məktəbi açdı. Daha sonra şahmat məktəbini də sökdülər, yerində bağ  saldılar, bir də saat  quraşdırdılar. 
Belə-belə işlər…