“Liver International”: Böyrəklər hepatit E virusunu gizlədə bilər
Rur Universitetinin (Almaniya) alimləri sübut ediblər ki, hepatit E virusu təkcə qaraciyər hüceyrələrinə deyil, böyrəklərə də nüfuz edib çoxalmağa qadirdir.
Adalet.az xəbər verir ki, bunu “Liver International” jurnalında dərc olunan araşdırma göstərib.
Hepatit E “Herpesviridae” (herpes virusları) ailəsinə aid olan eyniadlı virusun yaratdığı kəskin yoluxucu xəstəlikdir. Virus ağız boşluğundan bədənə daxil olur, oradan nazik bağırsağa, sonra qana və qaraciyərə keçir və burada aktiv şəkildə çoxalmağa başlayır.
Hepatitə yoluxma ilə orqanizmin zəifliyi, ürəkbulanma, iştahsızlıq və "sarılıq" - dərinin və selikli qişaların rəngində dəyişiklik baş verir. Adətən xəstəlik kifayət qədər yüngül keçir, lakin hamilə qadınlar üçün təhlükəlidir.
Alimlər xroniki hepatit E daşıyıcısı olan xəstələrin qanından, sidiyindən və nəcisindən virus nümunələrini təhlil edərək müxtəlif orqanlarda viruslarda əhəmiyyətli genetik fərqlər aşkar ediblər. Alimlərin fikrincə, bu, o deməkdir ki, qaraciyər və böyrəklərdə virus populyasiyaları müstəqil şəkildə inkişaf edir və müxtəlif istiqamətlərdə təkamül edir./Report
Digər Xəbərlər
25 Mart 2026 19:33
Göydə Allah, yerdə həkimlər. ..
25 Mart 2026 11:16
Çox təhlükəli virus dünyanı təhdid edir - Koronavirusdan daha ağırdır
22 Mart 2026 10:03
Ürəyin işini yaxşılaşdıran 6 QİDA
20 Mart 2026 14:03
Novruz bayramında sağlam qidalanma tövsiyələri - VİDEO
19 Mart 2026 18:00
Nihatın həyatı sizin əlinizdədir: Anası yardım üçün müraciət etdi
17 Mart 2026 16:56
Bu energetik içkinin idxalına məhdudiyyət qoyuldu
17 Mart 2026 15:54
Çərəzlərin faydası və düzgün istehlak qaydası - VİDEO
17 Mart 2026 10:05


Bakı -°C

