adalet.az header logo
  • Bakı -°C
22 Iyul 2026 13:32
76
ŞOU-BİZNES
A- A+

Samirə Yusifqızı:  “Əgər həmin günlər onun yadından çıxıbsa…

Müğənni Afət Fərmanqızı ilə Vəfa Şərifova arasında qalmaqal bitmir.

Adalet.az xəbər verir ki, iki xanım müğəninin mübahisəsi digər sənət nümayəndələrini də dilə gətirib. Belə ki, meyxanaçı Samirə Yusifqızı V.Şərifovanın A.Fərmanqızının anası haqda səsləndirdiyi fikirlərə münasibət bildirib. V.Şərifova “Mənim anam 23 yaşında evdar  xanım olaraq dünyadan köçüb.  Sənin anan isə ömrünün sonuna qədər  Palatka toylarında oxuyan olub” deyə bildirib.

Meyxana ifaçısı Samirə Yusifqızı  V.Şərifovanın bu fikirlərin təhqir hesab edib:

“Hər iki xanım həmkarıma hörmətim var. İkisi də dəyərlidir. İlk növbədə problem bu həddə çatdırmaq lazım deyildi ki, ortada valideynlər təhqir olunsun. İkinicisi isə məgər palatkada toy oxumaq ayıb işdir?  Afətin anası palatkada oxuyubsa pis iş görüb? Guya hansımız  palatkadan çıxmamışıq ki? Bu nə deməkdir? Vəfa özü palatkada oxumayıb? Əlbəttə, oxuyub. Əgər həmin günləri onun yaından çıxıbsa, mən onun yadına salaram həmin vaxtları. Bu bir təhqirdir. Olmaz belə”.

Əntiqə