Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub
Bakcell “ASAN Könüllüləri” Gənclər Təşkilatı İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən yay festivalının tərəfdaşı qismində iştirak edib.
Adalet.az xəbər verir ki, festival ölkənin müxtəlif regionlarından 2000-dən çox gənci bir araya gətirərək onların yeni bilik və təcrübələr qazanması, qarşılıqlı əlaqələrinin genişlənməsi və asudə vaxtlarının səmərəli təşkili üçün geniş imkanlar yaradıb. Gün ərzində iştirakçılar üçün idman və komanda yarışları, VR təcrübələri, masaüstü oyunlar, yaradıcılıq fəaliyyətləri və konsert proqramı təşkil olunub.
Bakcell festival çərçivəsində xüsusi brend zonası ilə təmsil olunub. Bu zonada gənclər müxtəlif interaktiv fəaliyyətlərdə iştirak edib, həmçinin Bakcell-in müasir rəqəmsal həlləri və xidmətləri barədə ətraflı məlumat əldə ediblər. Festival boyunca Bakcell brendi gənclərlə birbaşa ünsiyyət quraraq onların rəqəmsal təcrübəsini daha da zənginləşdirən fəaliyyətlərlə çıxış edib.
Bakcell gənclərin inkişafına, innovativ düşüncənin təşviqinə və rəqəmsal bacarıqların gücləndirilməsinə töhfə verən təşəbbüsləri dəstəkləməyə davam edir.
Bakcell haqqında
Bakcell Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biri olan Bakcell süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir.
Bakcell müxtəlif ölkələrdə və sahələrdə fəaliyyət göstərən NEQSOL Holding beynəlxalq şirkətlər qrupunun tərkibində olan Azerconnect Group-a daxildir.
Digər Xəbərlər
09 Sentyabr 2026 06:39
“WhatsApp” bu telefonlarda artıq işləməyəcək
08 Sentyabr 2026 11:25
“Bakcell” “Peerstack Academy” tələbələri üçün hakaton keçirdi - FOTOLAR
08 Sentyabr 2026 07:02
Süni intellekt bu peşəni sərt şəkildə vurdu: 40 min gənc bir gecədə işsiz qaldı
04 Sentyabr 2026 11:12
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
01 Sentyabr 2026 08:27
Videoya baxmasalar da, “izlənmə” gələcək - Yutubda yeni dövr
30 Avqust 2026 15:10
"Telegram"dan bloklamalara qarşı yeni addım
29 Avqust 2026 09:00
İlk qatlanan “iPhone” təqdim ediləcək - Tarix açıqlandı
28 Avqust 2026 15:31


Bakı -°C

