Saleh Məmmədov: “Bakıda qəsəbədaxili yollar təmir olunacaq”
"Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyi Bakının qəsəbədaxili yollarının təmirini planlaşdırır.Modern.azxəbər verir ki, bunu "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov deyib.
Onun sözlərinə görə, hazırda Bakının 11 rayonunda yolların təmirinə start verilib:
"Bakıda abadlıq işləri vüsət alıb. Artıq Xəzər, Binəqədi, Sabunçu, Xətai, Qaradağ, Nəsimi rayonlarının ərazisində bərbad vəziyyətdə olan yolların yenidən qurulmasına başlanılıb. Həmin yollar üzərində yeraltı və yerüstü piyada keçidlərinin inşası bu il başa çatdırılacaq".
O qeyd edib ki, gələcəkdə qəsəbədaxili və məhəllələrarası yolların yenidən təmir olunması da var.
S.Məmmədovun sözlərinə görə, Bakı-Quba yolunun Gəndobdan Hacı Zeynəlabdin Tağıyev qəsəbəsinə qədər olan hissəsi bu il yenidən qurulacaq.
O bildirib ki, hazırda həmin yolda təmir-bərpa işləri aparılır: "Bu yolda vaxtilə yoilun çəkilişində bəzi texnoloji məsələlərə riayət olunmayıb. Digər tərəfdən isə həmin beton yolda ağır tonlu yük maşınlarının hərəkətinin tənzimlənməsinə zəif nəzarət olunduğundan bu yolun Gəndob qəsəbəsindən Hacı Zeynəlabdin Tağıyev qəsəbəsinə qədər olan hissəsində müəyyən qüsurlar yaranıb. Biz hazırda bu yolda yaranan qüsurların aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər görürük. Müəyyən hissəslərdə isə bu il təmamilə bərpa və yenidənqurma işləri görəcəyik".
S. Məmmədov bildirib ki, həmin beton yolun asfaltla əvəz olunması nəzərdə tutulmayıb: "Beton yolu hissə-hissə bərpa edəcəyik".
Digər Xəbərlər
02 May 2024 15:58
Asiya İnkişaf Bankının Departament direktoru Azərbaycan Səhiyyə Nazirliyində olub
02 May 2024 15:48Tatoyan:"Azərbaycanlıların 96,2% -i Zəngəzur, İrəvan və Göyçəni tarixi yurdu hesab edir"
02 May 2024 12:31Kəlbəcər şəhərinin Baş planı təsdiqləndi
02 May 2024 12:09Polislər deputatı doğulduğu kəndə buraxmadı: Video
02 May 2024 11:35