Sahildə tapılan quş cəsədlərində heyvan xəstəliyi aşkarlanmayıb - RƏSMİ
Bakı-Abşeron və Sumqayıtda dənizkənarı ərazisində tapılan quş cəsədlərində heyvan xəstəliyi aşkarlanmayıb.
Adalet.az xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
Bildirilib ki, mediada Bakı-Abşeron və Sumqayıtda dənizkənarı ərazidə çöl quşlarının tələf olması ilə bağlı yayılan məlumatlar əsasında AQTA-nın Regional Bölmələri, ETSN-nin yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin və KTN-nin yanında Aqrar Xidmətlər Agentliyinin əməkdaşlarının iştirakı ilə əraziyə baxış keçirilib və müvafiq araşdırmalar aparılıb.
Qeyd olunan məsələ ilə bağlı AQTA tərəfindən quş cəsədlərindən nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Aparılan sınaqların nəticələrinə əsasən, hər hansı xüsusi heyvan xəstəliyi halı aşkar edilməyib.
Bununla yanaşı Xaçmaz rayonunun Niyazabad kəndi yaxınlığında dəniz kənarında quş cəsədlərinə rast gəlinməsi ilə bağlı yayılan məlumatlar aidiyyəti dövlət qurumları ilə birgə araşdırılır. AQTA diaqnostik nümunələr götürərək müayinələr keçirib. Nəticələr yaxın zamanda açıqlanacaq.
Digər Xəbərlər
23 Fevral 2026 17:22
Sosial şəbəkələrdə başqalarını təhqir edən 4 nəfər həbs olundu, 2-si cəzalandırıldı
23 Fevral 2026 16:04
Orucluq zamanı çay və qəhvə suyu əvəz edir? - VİDEO
23 Fevral 2026 11:51
Ağdərənin dörd kəndinə daha 63 ailə yola salındı
23 Fevral 2026 11:28


Bakı -°C

