Bakıda yeni marşrut xətti istifadəyə VERİLDİ
214A nömrəli marşrut xətti istifadəyə verilib.
Adalet.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Bildirilib ki, AYNA tərəfindən mövcud 214 nömrəli marşrutun sərnişin tələbatı təhlil edilib.
Çoxsaylı müraciətlər nəzərə alınaraq, fevralın 22-dən əlavə 214A nömrəli marşrut xətti istifadəyə verilib.
Marşrut xətti Ramana qəsəbəsini (F.Qayıbov küçəsi) "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzi ilə əlaqələndirir. Qeyd edilən istiqamətdə avtobuslar 13-15 dəqiqə intervalla fəaliyyət göstərir. Gediş haqqı 0,55 AZN müəyyən edilib. Ödənişlər nağdsız qaydada həyata keçirilir.
Digər Xəbərlər
25 Mart 2026 13:13
Prezident “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin açılışında - FOTOLAR
25 Mart 2026 11:41
Sumqayıtda xeyir-şər evlərinin fəaliyyəti dayandırılıb? - RƏSMİ AÇIQLAMA
25 Mart 2026 11:33
Bəzi ərazilərə yağış yağır - FAKTİKİ HAVA
24 Mart 2026 17:13


Bakı -°C

