Şirvanda keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev fevralın 23-də Şirvanda vətəndaşları qəbul edib.
Adalet.az xəbər verir ki, qəbulda, əsasən Şirvan və Hacıqabul rayon sakinləri iştirak ediblər. Vətəndaşların müraciətlərində, əsasən Böyük Qayıdış, dövlət mənzil fonduna məxsus xüsusi təyinatlı yaşayış sahələrinin verilməsi, müvəqqəti yaşayış sahələrinin təmiri, vahid aylıq müavinətin təyin edilməsi, məşğulluq və digər şəxsi xarakterli müraciətlər üstünlük təşkil edib.
Prezident İlham Əliyevin sosial siyasətində məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasının, məşğulluğunun artırılmasının prioritet istiqamət olduğu, Birinci vitse-prezident xanım Mehriban Əliyevanın bu kateqoriyadan olan insanlara xüsusi diqqət və qayğı göstərdiyi qəbulda vətəndaşlara bir daha xatırladılıb. Qeyd edilib ki, hazırda dövlətimizin başçısının qarşıya qoyduğu ən mühüm vəzifə onların işğaldan azad edilmiş ərazilərə, doğma yurda qayıdışını sürətləndirmək, orada təhlükəsiz və layiqli həyat şəraiti yaratmaqdır. Qayıdış prosesinin uğurla davam etdiyi, mərhələli qaydada aparılan bu prosesdə ilk növbədə müvəqqəti məskunlaşma yerlərində ən ağır vəziyyətdə yaşayanların köçürülməsinə üstünlük verildiyi onların diqqətinə çatdırılıb.
Qəbul zamanı vətəndaşların qaldırdıqları məsələlərin bir qismi yerində həll olunub. Müraciətlərdə vurğulanan digər məsələlərin qısa müddətdə araşdırılacağı, həmçinin aidiyyəti üzrə dövlət qurumlarına çatdırılacağı bildirilib.
Digər Xəbərlər
23 Fevral 2026 19:17
Ramazanın 6-cı günü: Dua, imsak və iftar vaxtı...
23 Fevral 2026 18:01
Əli Əsədov yeni qərar imzaladı
23 Fevral 2026 17:13
Vasif Talıbovun 10 fərmanı ləğv edildi
23 Fevral 2026 15:49
DİN yanında İctimai Şuranın yeni tərkibi... - ADLAR
23 Fevral 2026 15:37
Azərbaycanda suyun qiyməti artır? - Rəsmi cavab
23 Fevral 2026 15:34
Ombudsmandan Xocalı soyqrımının ildönümü ilə bağlı BƏYANAT
23 Fevral 2026 14:30
WUF13-lə əlaqədar 1 il müddətində vergi güzəştləri tətbiq olunacaq
23 Fevral 2026 14:19


Bakı -°C

