Prezident Peter Pelleqrini təbrik etdi
Azərbaycan Prezidenti İlham Əliyev Slovakiya Prezidenti Peter Pelleqrini təbrik edib.
Adalet.az-ın məlumatına görə, təbrikdə deyilir:
"Slovakiya Respublikasının milli bayramı – Konstitusiya Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından
səmimi-qəlbdən təbrik edirəm.
Azərbaycan ilə Slovakiya arasında qarşılıqlı hörmətə, etimada və konstruktiv dialoqa əsaslanan münasibətlər məmnunluq doğurur. Son illərdə ölkələrimiz arasında siyasi dialoqun inkişafı, ali səviyyəli səfərlərin artması, əməkdaşlığımızın əhatə dairəsinin genişlənməsi ikitərəfli münasibətlərimizin məzmununu daha da zənginləşdirmişdir.
Ölkələrimiz arasında iqtisadi-ticari, energetika, hərbi-texniki sahədə əməkdaşlığın inkişaf dinamikası məmnunluq doğurur.
İyul ayında Azərbaycana səfərinizi, o cümlədən Qarabağ bölgəsini birgə ziyarətimizi ən xoş təəssüratlarla xatırlayıram. Slovakiyanın işğaldan azad edilmiş ərazilərimizin bərpasında iştirakını yüksək qiymətləndirir, bunu dostluğumuzun və strateji tərəfdaşlığımızın bariz nümunəsi kimi dəyərləndirirəm.
Əminəm ki, Azərbaycan ilə Slovakiya arasında ənənəvi dostluq əlaqələri, həm ikitərəfli, həm də çoxtərəfli əsasda qarşılıqlı fəaliyyətimiz xalqlarımızın mənafelərinə uyğun olaraq birgə səylərimizlə bundan sonra da genişlənəcək, strateji tərəfdaşlığımız daha da möhkəmlənəcəkdir.
Bu xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Slovakiya xalqına əmin-amanlıq və firavanlıq diləyirəm"
Digər Xəbərlər
01 Sentyabr 2026 12:04
Sahibə Qafarova Belqradda Qoşulmama Hərəkatının konfransında iştirak edir
01 Sentyabr 2026 11:49
Bişkekdə dövlət başçılarına Qırğızıstan Prezidenti adından ziyafət verildi
01 Sentyabr 2026 11:38
Prezident Bişkekdə Hindistan Baş naziri ilə söhbət etdi - FOTOLAR
01 Sentyabr 2026 11:26
İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir - FOTOLAR + YENİLƏNİB
01 Sentyabr 2026 11:01
Baş diplomat Əraqçi ilə görüşdü
01 Sentyabr 2026 10:57
Prezident “Irıs Ordo” Konqres Mərkəzinə getdi - VİDEO
01 Sentyabr 2026 10:37
XİN: Azərbaycan strateji müttəfiq kimi Özbəkistanla tərəfdaşlığa böyük dəyər verir
01 Sentyabr 2026 10:13


Bakı -°C

