Sahibə Qafarova Somali Prezidenti ilə görüşdü
Milli Məclisin sədri Sahibə Qafarova Serbiyaya işgüzar səfəri çərçivəsində sentyabrın 1-də Somali Federativ Respublikasının Prezidenti Həsən Şeyx Mahmudla görüşüb.
Bu barədə Adalet.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Azərbaycana səfərini və Prezident İlham Əliyevlə görüşünü məmnunluqla xatırlayan Prezident Həsən Şeyx Mahmud həmin səfər zamanı aparılmış danışıqların və imzalanmış sənədlərin əhəmiyyətini diqqətə çatdırıb.
Söhbət zamanı dövlətlərarası münasibətlərin mühüm istiqaməti olan parlamentlərarası əlaqələrin mühüm əhəmiyyəti qeyd olunub. Spiker Sahibə Qafarova Azərbaycan Milli Məclisinin Somali parlamenti ilə əlaqələri daha da inkişaf etdirməyə hazır olduğunu bildirib. Milli Məclisin sədri Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin gördüyü işlər barədə fikirlərini bölüşüb.
Söhbət zamanı Azərbaycan ilə Somali arasında münasibətlərin inkişaf perspektivləri, parlamentlərarası əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.
Digər Xəbərlər
01 Sentyabr 2026 19:24
Prezidentin Qırğızıstana səfəri BAŞA ÇATDI - FOTOLAR
01 Sentyabr 2026 19:00
Prezidentin sosial şəbəkə hesabında Modi ilə görüşünə dair paylaşım edildi - FOTO
01 Sentyabr 2026 18:50
Leyla Abdullayeva Paris merinə etiraz məktubu göndərib
01 Sentyabr 2026 18:00
Sahibə Qafarova Qoşulmama Hərəkatı ilə bağlı konfransda çıxış edib
01 Sentyabr 2026 16:16
"Türkiyə və Azərbaycanla sıx əməkdaşlıq edirik" - Paşinyan
01 Sentyabr 2026 16:15
"BMT TŞ-nin qətnamələrinin icrası üçün mexanizmlərin hazırlanması tələb olunur" - Prezident
01 Sentyabr 2026 15:00
İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir - FOTOLAR + YENİLƏNİB
01 Sentyabr 2026 14:12


Bakı -°C

