Sahibə Qafarova Qoşulmama Hərəkatı ilə bağlı konfransda çıxış edib
Milli Məclisin sədri Sahibə Qafarova Serbiyada Qoşulmama Hərəkatına üzv ölkələrin Dövlət və Hökumət Başçılarının Birinci Konfransının 65 illiyinə həsr olunmuş Yüksək Səviyyəli Xatirə Görüşündə çıxış edib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Adalet.az-a verilən məlumata görə, spiker çıxışının əvvəlində Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını tədbir iştirakçılarına çatdırıb.
Sahibə Qafarova bildirib ki, Qoşulmama Hərəkatının suverenlik, ərazi bütövlüyü, bərabərlik və daxili işlərə qarışmamaq prinsipləri bu gün də beynəlxalq münasibətlər sistemində mühüm əhəmiyyət daşıyır.
O qeyd edib ki, Azərbaycanın 2019–2024-cü illərdə Hərəkata sədrliyi dövründə üzv ölkələr arasında həmrəyliyin gücləndirilməsinə, institusional inkişafa və qlobal çağırışlara birgə cavab verilməsinə xüsusi diqqət yetirilib.
Milli Məclisin sədri vurğulayıb ki, Qoşulmama Hərəkatının əsas vəzifələri birliyin və həmrəyliyin qorunması, beynəlxalq nüfuzunun gücləndirilməsi, sülhə, davamlı inkişafa və daha ədalətli dünya nizamına töhfənin artırılmasıdır.
Digər Xəbərlər
01 Sentyabr 2026 18:50
Leyla Abdullayeva Paris merinə etiraz məktubu göndərib
01 Sentyabr 2026 16:16
"Türkiyə və Azərbaycanla sıx əməkdaşlıq edirik" - Paşinyan
01 Sentyabr 2026 16:15
"BMT TŞ-nin qətnamələrinin icrası üçün mexanizmlərin hazırlanması tələb olunur" - Prezident
01 Sentyabr 2026 15:00
İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir - FOTOLAR + YENİLƏNİB
01 Sentyabr 2026 14:12
"Bakı və İrəvan qarşılıqlı ticarətin həcminin artırılması üzərində işləyir" - Dövlət başçısı
01 Sentyabr 2026 13:57
İlham Əliyev Putinlə söhbət etdi - Video
01 Sentyabr 2026 13:54
Sahibə Qafarovanın namizədliyi irəli sürülüb
01 Sentyabr 2026 12:04


Bakı -°C

