adalet.az header logo
  • Bakı -°C
01 Sentyabr 2026 18:44
63
DÜNYA
A- A+

Putinlə Ərdoğanın görüşü oldu - Müzakirə edilən məsələlər

Rusiya Prezidenti Vladimir Putin Bişkekdə ŞƏT sammiti çərçivəsində türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşüb.

Adalet.az xəbər verir ki, Putin görüşdə Rusiya və Türkiyənin həm xarici siyasət, həm də iqtisadi məsələlərdə imtiyazlı tərəfdaşlar olduğunu bildirib.

Onun sözlərinə görə, Moskva və Ankara əsas birgə layihələri həyata keçirməyə davam edirlər ki, bunlardan ən əsası Akkuyu Atom Elektrik Stansiyasının tikintisidir. Rusiya lideri, həmçinin, "Rosatom"un stansiyanın ilk enerji blokunu 2026-cı ildə işə sala biləcəyinə əminliyini ifadə edib.

Ərdoğan öz növbəsində Rusiya-Türkiyə münasibətlərinin sürətli inkişafını qeyd edib və Akkuyu Atom Elektrik Stansiyası layihəsinin xüsusi əhəmiyyətini vurğulayıb.

"Türkiyə ilə Rusiya arasında münasibətlər həqiqətən əhəmiyyətli irəliləyiş əldə edib", - deyə Türkiyə lideri bildirib.

Ərdoğanın sözlərinə görə, stansiyanın ilk enerji blokunun tikintisi son mərhələyə qədəm qoyub. Ankara onun işə salınmasını və sonrakı istismarını gözləyir, bundan sonra tərəflər enerji sektorunda gələcək birgə addımları müzakirə etmək niyyətindədirlər.