Şahbulaq qalası 3,5 milyon manata bərpa ediləcək
Ağdamın Şahbulaq kəndində yerləşən Şahbulaq qalasının bərpası üçün 3,5 milyon manat vəsait ayrılıb.
Adalet.az xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzi "M-TND" MMC ilə bir mənbədən müqavilə imzalayıb.
Qalanın bərpası və qala ətrafında turizm infrastrukturunun yaradılması üçün şirkətə 3 milyon 530 min 196,47 manat ödəniş edilib. İşlərin dekabrda yekunlaşması nəzərdə tutulur.
Qeyd edək ki, "M-TND" MMC 2010-cu ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 100 manat olan şirkətin qanuni təmsilçisi Nazim Kəlbiyevdir.
Digər Xəbərlər
10 Mart 2026 20:18
Nazir Xankəndidə tələbələrlə yallı getdi, tonqaldan tullandı - VİDEO
10 Mart 2026 17:43
Bakıda dövlət xətti ilə ən çox ipoteka krediti Xətai rayonunda verilib
10 Mart 2026 17:38
Gəncənin Baş planı təsdiqləndi
10 Mart 2026 13:46


Bakı -°C

