adalet.az header logo
  • Bakı -°C
15 Aprel 2026 19:52
90
MƏMLƏKƏT
A- A+

"Azəristiliktəchizat" dan abonentlər niyə imtina edirlər?

Artıq mənzillərə istiliyin verilmə müddəti başa çatdığına görə " Azəristiliktəchizat" əhaliyə  bu enerjinin verilməsini dayandırıb. Yəni sovet dönəmindən mövcud olan qrafikə - noyabrın 15- dən , aprelin 15- nə kimi, əməl edilib . Hamıya gün kimi aydındır ki, Bakıda noyabrın 1- dən 15- nə kimi , eləcə də  aprelin 15-dən , 30- nə kimi havalar çox soyuq keçir!Hətta gündüzlər isti olsa, belə axşamlar insanlar mənzillərində üşüyürlər.

Ona görə də onlar məcbur olub, mənzillərində elektrik və qaz sobalarından istifadə edirlər. Bu enerjilərdə  abonentlər üçün baha başa gəlir. Heç evlərə verilən istilikdə ucuz qiymətə  deyil. Son bir ildə istiliyin qiyməti 200 faiz bahalaşıb. Amma xidmət çox bərbad gündədir. Heç evlərə  normal istilik verilmir. Ancaq buna baxmayaraq, abonentlər hər kvadratmetr üçün 45 qəpik ödəyir.Evin içi ilə yanaşı, eyvanlar  və digər sahələrdə bura əlavə edilib.

Məsələn , bizim eyvan 25 kvadratmetrdir və ora bağlı deyil, həmin yerdə istilik xətti, radiator yoxdur.Belə olduğu halda , bəs biz niyə aidiyyəti quruma işlətmədiyimiz istiliyin pulunu ödəməliyik??? Eləcə də bizim kimi on minlərlə abonent var və onlar da bu pulu niyə ödəməlidirlər. Bu, ədalətsizlik , həm də qanun pozuntusudur. Məhz buna görə də bu gün Bakıda minlərlə abonent " Azəristiliktəchizat" ın xidmətindən  imtina edib, mənzillərinə kombi çəkdirirlər. Çünki onlar məlum quruma ödədikləri vəsaitin yarısını işlətdiyi kombiyə verir və altı ay da , daha çox müddətə istilik alır.

Daha döğrusu, hava soyuq olanda kombini yandırır, isti olanda söndürür.Və bir də  hörmətli Nazirlər Kabineti  Bakıda istiliyin verilmə  qrafikini də dəyişməlidir. Yeni istilik noyabrın 1- dən aprelin 30- nə kimi  verilsə, əhali üçün daha yaxşı olar, insanlar mənzillərdə  alternativ enerji dən istifadə  edib xətti yükləməz! Xətlərin həddindən artıq yüklənməsi bəzən  qısaqapanma yaradır  və bu vaxt yanğın baş  verir. Ona görə də bu barədə əlaqədar qurumlar  cıddi düşünməli və çıxış yolu tapmalıdır!!!

Emil FAİQOĞLU