Şahbaz Şərif: Ordumuzun hərbi gücü və Hindistanı diz çökməyə məcbur etdi

Ordumuzun hərbi gücü, cəsarəti və imanı düşməni diz çökməyə məcbur etdi.
Adalet.az xəbər verir ki, bunu Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif ölkənin müstəqilliyinin 78-ci ildönümü ilə bağlı yaydığı bəyanatda qeyd edib.
"Millət olaraq biz bu illər ərzində çoxsaylı çətin sınaqlarla üzləşdik, lakin bütün sahələrdə mühüm uğurlar və nailiyyətlər əldə etməyi bacardıq", - deyən baş nazir Hindistanla yaşanan gərginlik zamanı əldə olunan qələbənin milli ruh yüksəkliyindən qaynaqlandığını bildirib.
Bu ruh yüksəkliyinin Müstəqillik Gününə xüsusi önəm qatdığını vurğulayan Şahbaz Şərif: "Ordumuzun hərbi gücü, cəsarəti və imanı düşməni diz çökməyə məcbur etdi. Biz azadlığımız uğrunda canlarından keçmiş şəhidlərimizi ehtiramla yad edir, axirətdə məqamlarının uca olmasını diləyirik", - deyə qeyd edib.
Baş nazir Pakistanın regional və qlobal problemlərin dialoq və diplomatiya yolu ilə həllinə olan inancını bir daha xatırladaraq Hindistanın da bütün mübahisələrin, o cümlədən Cammu və Kəşmir məsələsinin həlli üçün eyni iradəni nümayiş etdirməli olduğunu bildirib.
Xatırladaq ki, 14 avqust Pakistanda Müstəqillik Günü kimi qeyd olunur.
Digər Xəbərlər

Ərdoğan Özələ qarşı 1 milyon lirəlik təzminat iddiası qaldırıb

Suriyada güclü partlayış olub - Ölənlər var

Putinin köməkçisi görüşün planlarını açıqladı

Bu gün Starmer Londonda Zelenskiylə görüşəcək

Trampın məqsədi Ukraynada atəşi dayandırmaqdır

Zelenski Trampa inanmır: Almaniyadan sonra Britaniya səfəri...

Ermənistanın Konstitusiya İslahatları Şurasının iclasları keçiriləcək
