Suriyada güclü partlayış olub - Ölənlər var

İdlib əyalətinin şimalında güclü partlayışlar olub.
Adalet.az xəbər verir ki, bu barədə Suriya mətbuatı məlumat dərc edib.
Məlumata görə, hadisə yerinə yanğınsöndürənlər və təcili yardım qrupları göndərilib. İdlib Səhiyyə Müdirliyinin məlumatına görə, partlayışda iki mülki vətəndaş ölüb, 4 nəfər yaralanıb.
Qeyd edək ki, bəzi xarici media orqanları Suriyada ordu və terrorçular arasında toqquşmaların getdiyini yazıb.
Digər Xəbərlər

Ərdoğan: 24 ildir hakimiyyətdəyik, yenə illərlə iqtidarda olacağıq

Türkiyədə azərbaycanlı qadın uşaqlarının gözü önündə döyüldü - ANBAAN VİDEO

CHP-dən istefa verən bələdiyyə sədri AK Partiyə keçib - YENİLƏNİB
