DİN-dən hər kəsi məmnun edəcək təklif - Polis rəislərinə birbaşa müraciət - VİDEO

Vətəndaşlar qarşılaşdıqları məsələlərlə bağlı təşəkkür, təklif və ya şikayətlərini Daxili İşlər Nazirliyinin “102” Xidməti Zəng mərkəzi, internet saytı, sosial şəbəkələrdəki rəsmi səhifələri ilə yanaşı artıq polis orqanlarının rəhbərlərinə də birbaşa ünvanlaya bilərlər.
DİN-in Mətbuat Xidmətindən Adalet.az-a bildirilib ki, bunun üçün respublikanın bütün şəhər və rayonlarda yerləşən polis idarə, şöbə və bölmələrinin rəislərinin qəbuluna onlayn yazılaraq görüş vaxtını təyin etmək kifayətdir.
Qəbuldan sonra müraciət edən şəxsin ərizəsi dərhal Nazirlik tərəfindən nəzarətə götürülür, problemin ən qısa zamanda həlli üçün zəruri tapşırıqlar verilir və nəticəsi barədə vətəndaş mütləq qaydada məlumatlandırılır.
Qəbula isə çox rahat şəkildə, “E-polis” mobil tətbiqi vasitəsilə onlayn qaydada yazılmaq mümkündür.
Vətəndaş-polis münasibətlərində keyfiyyətcə yeni mərhələnin əsasını qoyan birbaşa qəbul prosesi müraciətlərin daha operativ, obyektiv və həssaslıqla araşdırılmasına yönəlib. Əsas məqsəd isə vətəndaş məmnunluğunu ən yüksək səviyyəyə çatdırmaq, göstərilən xidmətlərin keyfiyyətini günbəgün artırmaq, şəffaflıq və əlçatanlığı təmin etməkdir.
Digər Xəbərlər

Bakıda "NATO-da hərbi ictimai əlaqələr və strateji kommunikasiya" kursu keçirilib

Dəmiryol Vağzalında parklanma xidməti müvəqqəti dayandırılır

HDQ-də döyüş atışlı taktiki təlim keçirilib - VİDEO

Sərhəd buraxılış məntəqələrindən keçən şəxslərin sayı məlum oldu

Pakistanda hərbçilərimizi Azərbaycan dilində salamladılar - VİDEO

Azərbaycanın növbəti uğuru: Artıq proses başladı

Ərdoğan Bəxtiyar Ersayı ordu komandanı TƏYİN ETDİ
jpg-1755090227.jpg)