14 Avqust 2025 12:18
184
DÜNYA

Zelenski Trampa inanmır: Almaniyadan sonra Britaniya səfəri...

Məlumdur ki,  15 avqustda Tramp və Putinin Alyaskada baş tutacaq  görüşü Ukraynalıları , eyni zamanda Ukraynanın Prezidenti Vladimir  Zelenskini dərindən narahat edib. Narahatçılıq yaradan isə   ABŞ-nin NATO-dakı daimi nümayəndəsi Metyu Uitakerin açıqlaması olub. O, vurğulayıb ki, savaşı dayandırmaq üçün  "ərazi mübadiləsi"nə ehtiyac olacaq: "Çox güman ki, atəşkəs razılaşması çərçivəsində Ukrayna və Rusiya ərazi mübadiləsi aparmalı olacaq".

 Zelenski avqustun 13-də   ABŞ prezidenti Donald Tramp və Avropa liderləri ilə onlayn görüşlər keçirmək üçün   Almaniyanın paytaxtı  Berlinə gedib. Mənbə onu da qeyd etdi ki, Ukraynalı lider Almaniya kansleri Fridrix Merts ilə görüş keçirəcəyi nəzərdə tutulub.

Nəhayət , ABŞ Prezidenti Donald Tramp və Avropa liderləri ilə onlayn danışıqlar zamanı ərazi ilə bağlı məsələlər müzakirə olunub.

 Zelenski Trampın da iştirak etdiyi Avropa ölkələrinin dövlət və hökumət başçılarının Ukrayna üzrə videokonfransının yekunlarına dair Almaniya kansleri Fridrix Mertzlə birgə mətbuat konfransında bildirib ki, biz bu gün bu məsələləri müzakirə etdik. Təbii ki, bunlar çox mürəkkəb məsələlərdir”.

Bu gün -ayın 14-də isə Zelenski Böyük Britaniyaya uçub.  Baş naziri Kir Starmer bu gün özünün Londondakı iqamətgahında Ukrayna Prezidenti Volodimir Zelenskini qəbul edəcək. Məlumdur ki, onların danışıqlarının mövzusunun Putin-Tramp görüşünün olacağıdır.

 Əgər Almaniyada bütün məsələlər müzakirə olunubsa, yenidən Böyük Britaniyaya təcili getmək,  orada yenidən müzakirə açmaq  Zelenskinin nəyinə lazım idi? Görünən odur ki, Zelenski   Trampın " "Alyaskada Ukrayna ilə bağlı razılaşmalar əldə edilməsə, Rusiya ABŞ tərəfindən çox ciddi tədbirlərlə üzləşəcək" vədinə çox da inanmır. Və hətta "ərazi mübadiləsi" mövzusundan Trampın   əl çəkmədiyini də hiss edir.

 Əntiqə Rəşid