adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
05 Noyabr 2022 10:14
1409
LAYİHƏ

Sağlamlıq imkanları məhdud uşaqlar üçün tədbir keçirilib - FOTOLAR

”Ailə Dünyası”Ailələrə Hüquqi Yardım İctimai Birliyi Gənclərin İnkişaf və Karyera Mərkəzinin Zərdab Nümayəndəliyi ilə birlikdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyininh maliyə dəstəyi ilə Zərdab rayonunbda fəaliyyət göstərən Sosial Reabilitasiya Mərkəzinin Sağlamlıq İmkanları Məhdud Uşaqları üçün Heydər Əliyev Mərkəzində “Uşaq hüquqları aylığı” “Zəfər Günü” ilə bağlı tədbir keçirdilər. 

Tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzdində Zərdab rayonunda fəaliyyət göstərən Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin rəhbəri Ləman Səfərəliyeva,  Zərdab rayon  İcra Hakimiyyəti yanında yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın üzvü Mübariz Quliyev və Sosial Xidmətlər Agentliyinin Mərkəzi Aran Regional Filalının əməkdaşı Eldar Xəlilov və Sağlamlıq İmkanları Məhdud Uşaqların valideynləri  iştirak etdilər. 

Tədbirdə iştirakçılara  uşaq hüquqlarının yaranma tarixi, milli və beynəlxalq qanunvericilik, dövlət tərəfindən uşaq hüquqlarının müdafiəsi sahəsində görülən işlər və Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin 44 günlük Vətən  müharibəsində qələbəsi şərəfinə təsis edilmiş Zəfər Günü barədə ətraflı məlumatlar verdi. 

Tədbirdə Sağlamlıq İmkanları Məhdud Uşaqlar hazırladıqları “Qoğal” tamaşasını göstərdilər, daha sonra Zəfər Gününə həsr etdikləri mahı, şer və rəqs nümayiş etdirdilər.