adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
25 Aprel 2024 18:00
968
İQTİSADİYYAT

Nazir sahibkarları bu ərazilərdə biznes qurmağa dəvət etdi

Sahibkarları işğaldan azad edilmiş ərazilərdə, sənaye parklarında biznes qurmağa dəvət edirik.

Adalet.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “Sahibkarlar Günü” ilə bağlı videomüraciətində bildirib.

O qeyd edib ki, Azərbaycan hökuməti Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında fəaliyyət göstərən sahibkarların layihələrini dəstəkləyən xüsusi investisiya mənbələri və əlavə güzəştli kredit sistemini hazırlayıb təqdim etməyə hazırlaşır.