Sadəcə qoxulamaq bəs edir: Miqreni bıçaq kimi kəsir
Gün boyu davam edən stres, ekran işığı və gərginlik səbəbindən yaranan tutmanın qarşısını almaq üçün kimyəvi dərmanlara alternativ arayanlara şad xəbər var. Təbii efir yağları arasında olan lavanda yağı miqren və baş ağrılarını dəqiqələr ərzində kəsir.
Adalet.az xəbər verir ki, lavanda yağının tərkibindəki "linalool" və "linalil asetat" maddələri əsəb sistemini birbaşa rahatladır:
Ovucunuza bir neçə damcı lavanda yağı damcıladıb yüngülcə sürtdükdən sonra dərin nəfəslə qoxulayın.
Beynə gedən stres siqnallarını dərhal bloklayır, damarlardakı təzyiqi azaldır və zonklayan miqren ağrılarını tez bir zamanda aradan qaldırır.
Gicgahlara və ənsəyə masaj edin
Ağrıkəsici həblərdən fərqli olaraq orqanizmə heç bir kimyəvi zərər vurmayan bu üsul tətbiq üçün də çox rahatdır:
Bir damcı lavanda yağını gicgahlara və ənsə kökünə dairəvi hərəkətlərlə masaj edərək çəkmək qan dövranını tənzimləyir və əzələ gərginliyindən yaranan baş ağrılarını yox edir.
Yuxusuzluq və stresə qarşı təbii sakitləşdirici
Yatmazdan əvvəl yastığa damcıladılan 1 damcı lavanda yağı beyni sakitləşdirərək dərin və keyfiyyətli yuxu təmin edir.
Gün ərzində yaşanan gərginlik və panik anlarında bu yağı qoxulamaq təbii sakitləşdirici rolu oynayır.
Digər Xəbərlər
20 Oktyabr 2026 10:29
Uşaqlar niyə müntəzəm tibbi müayinədən keçməlidir?
20 Oktyabr 2026 10:28
Uşaqlar bağçada və məktəbdə infeksiyalardan necə qorunur?
18 Oktyabr 2026 11:27
Evdə panik atak və stressə səbəb ola biləcək beş şey
17 Oktyabr 2026 16:13
Bu qidalar beyin zədələnməsi riskini artıra bilər
17 Oktyabr 2026 09:38
Sudakı mikroplastiklərdən azad olmağın sadə yolu tapıldı
16 Oktyabr 2026 16:50
Xocalıda 147 sakin tibbi müayinədən keçirilib
15 Oktyabr 2026 13:24
“Hər gün saatlarla telemsafonda oturanların kürək hissəsi donqarlaşır”
14 Oktyabr 2026 07:21


Bakı -°C

