adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
02 May 2015 14:36
6282
KRİMİNAL

Sabirabbadda qoyun oğrusu tutuldu

Sabirabadda oğurluq etmiş şəxs saxlanılıb. Adalet.az-ın Daxili İşlər Nazirliyinə istinadən məlumatına görə, RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 28-də Mehman Cəfərova məxsus 1 baş qoyunu oğurlamış şəhər sakini, əvvəllər məhkum olunmuş Nüsrət Dədəkişiyev tutulub.

Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun daha bir oğurluq etdiyi də aşkarlanıb. Belə ki, o, həmin gün Mirilyas Tağıyevə məxsus "VAZ-2106” markalı avtomobili qaçırması da müəyyən edilib.