adalet.az header logo
  • Bakı -°C
20 Fevral 2015 12:32
3757
KRİMİNAL
A- A+

Sabirabadda evdən külli miqdarda narkotik tapılıb

Sabirabad rayonunda ata və oğul narkotik faktına görə həbs edilib.
 
Sabirabad rayon Polis Şöbəsindən KİV-ə verilən məlumata görə, Sabirabad sakini, 11-ci sinif şagirdi, 1998-ci il təvəllüdlü Əliyev Cavidan Cabir oğlunun üzərində, oxuduğu Nizami adına orta məktəbin qarşısında 26,28 qram qurudulmuş marixuana aşkar edilib.
 
Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində məktəblinin yaşadığı ünvana baxış keçirilib. Oradan müxtəlif yerlərdə gizlədilmiş 10,19 kiloqram qurudulmuş marixuana aşkar edilib. Cavidan Əliyev və onun atası, 1958-ci il təvəllüdlü Əliyev Cabir Əlabbas oğlu saxlanılıb.
 
Faktla bağlı Sabirabad rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.
 
Narkotikin evdə satış məqsədilə saxlandığı bildirilir.